Elit parkda attraksion sındı: 21 nəfər ölümlə üz-üzə
20 nəfərdən çox insan 8 saat nasaz attraksionda qaldı.
ABŞ-ın Kaliforniya ştatında, istirahət məkanlarından birində 40 metr hündürlükdə olan "Sky Cabin" adlanan atraksion sıradan çıxıb.
İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, texniki nasazlıq baş verən atraksionun kabinasında, içərisində uşaqlar da olmaqla 21 nəfər qalıb.
Nasazlığı aradan qaldıra bilməyən texniki işçilər yanğınsöndürənləri çağırıblar. Onlar da attraksionda qalan insanları dərhal qurtara bilməyiblər. Yanğınsöndürən nərdivanın kabinaya çatmaması səbəbindən, xilasetmə işləri kəndirlə davam etdirilib və 8 saat çəkib.
f Paylaş