Elnarə Abdullayeva "Şəklimi Hacıbala Abutalıbovla yanaşı yayanlarla bağlı ölçü götürüləcək"

Elnarə Abdullayeva "Şəklimi Hacıbala Abutalıbovla yanaşı yayanlarla bağlı ölçü götürüləcək"Əməkdar artist, muğam ifaçısı Elnarə Abdullayeva Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla şəklinin yanaşı yayılmasına etiraz edib.

Bu barədə AzNews.az-a məlumat verən ifaçı jurnalistlərə müraciət ünvanlayıb:

"Mənim qələm sahiblərinə, peşəkar jurnalistlərə hörmətim var. Təqdim etdiyim layihələr, konsert proqramlarımda da onlarla qarşılıqlı əməkdaşlığım olub, olacaq. Amma iradım mətbuat qaydalarından, jurnalist etikasından uzaq olanlaradı. Mən xalq musiqilərini, muğamlarımızı ifa edən, xalqıma xidmət göstərən insanam. Mənim yaradıcılıq işlərimdən yazın. Bir il əvvəl kəndimizə su çəkdirdim və bunu mətbuat işiqlandırıb. Var olsunlar. İnanın bunu reklam olsun deyə etməmişəm. Sadecə, Allah yolunda buna gücüm çatdı. Amma son günlər bəzi mətbuat orqanlarında şəklimi dövlət məmurları ilə bir yerdə yerləşdirməyə ad tapa bilmirəm . Hansısa rayonun icra başcısı və yaxud vəzifəli şəxsi deyiləm ki, sosial problemlərdə adım hallansın. Bakıda su yoxdusa, yada hardasa su ilə bağlı problem varsa, Hacıbala Abutalıbovla mənim şəklimi niyə bir arada dərc edirsiniz?"

Sənətkar bütün mətbuat orqanlara rəsmi şəkildə müraciət edib:

"Bir daha şəklimi paytaxt meri ilə və ya hər hansı məmurla bir arada təqdim edən, səbəbsiz olaraq adımı məmurlarla hallandıran mətbuat orqanlarına qarşı ölçü götürəcəm. Rəsmi müstəvidə bu kimi məsələlərin həllinə çalışacam . Bir neçə saytda , sosial mediada şəklimi Hacıbala Abutalıbovla bir arada təqdim edən media quruluşlarına qarşı ciddi ölçü götürüləcək."

Xəbərlər     Baxılıb: 2888   Tarix: 01 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

turlar.az

gozel gorunmek gelinlikler sac duzumleri şəxsi inkişaf fransiz qadinlari sac düzümləri bürclərin sevgi cədvəli kosmetika kökəlmək üçün kurtlar vadisi banan gozde olar rəksanə