Elnarə bu klipə 35 min manat xərclədi - KLİP
Müğənni Elnarə Xəlilova yeni "Eşq ilə boyan adlı" mahnısına klip çəkdirib.
Beynəlxalq Mətbuat Mərkəzində (BMM) ekran işinin təqdimat mərasimi keçirilib. Mahnının sözləri Cavi Dan, musiqisi Sevda Məmmədli, aranjemanı Rasim Məmmədova məxsusdur. "Eşq ilə boyan" adlı mahnıya klip Hindistanda çəkilib. Bu Elnarənin Qədim Şərq ölkəsində çəkilən ilk ekran işidir. Klipə hindistanlı rejissor Ani Sasi quruluş verib.
Ekran işi Hindistanın ekzotik mənzərəsi, tarixi məkanları və təbiəti ilə seçilən Kerala ştatının Koçin şəhərində çəkilib. Elnarə klipə Hindistanda ekran həyatı verməsi haqqında da danışıb: "Mahnı hind ladları üzərində yazılıb. Həm də Hindistanda klip çəkdirmək uşaqlıq arzum idi. Mahnı da həyatın rəngləri, Allahın bizə bəxş etdiyi gözəl nemətlər haqqındadır. Hər kəsə məlumdur ki, hindistanda da rəng bayramı var, ona görə də ağlımız Hindistan gəldi. Bu barədə sponsorla da fikirlərimiz üst-üstə düşdü".
Müğənni klipin büdcəsini də açıqlayıb. O, bildirib ki, ekran işi 35 min manata ərsəyə gəlib.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil
Bağırsaq sağlamlığını yaxşılaşdırmağın 5 elmi yolu
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Bu saatlarda çölə ÇIXMAYIN
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Azərbaycan elminə ağır itki - FOTO