Elnarə ilə xanım yazıçı arasında gərginlik - "Öz rəfiqəmi boşatdırmışam" - VİDEO - FOTO

Elnarə ilə xanım yazıçı arasında gərginlik - "Öz rəfiqəmi boşatdırmışam" - VİDEO - FOTOARB TV-də Elgiz Əkbərin təqdimatında yayımlanan "Elin gözü" verilişində gərgin anlar yaşanıb.

Milli.Az bildirir ki, verilişin budəfəki buraxılışında ailədaxili problemlər, çoxuşaqlı ailələrin yaşadığı çətinliklər müzakirə olunub. Verilişdə iştirak edən məşhurlar arasındakı müzakirələr zaman-zaman mübahisələrə səbəb olub. Müzakirələr zamanı müğənni Elnarə Xəlilova ilə yazıçı-jurnalist Aysel Əlizadə arasında yaranan gərginlik də diqqətdən yayınmayıb.

Yazıçı-jurnalist Aysel Əlizadə verilişə qatılan ailənin vəziyyəti haqda bunları söyləyib:

"Bir az ayrı qalmalıdırlar. Bəlkə, 5-10 gün sonra oğlan özü sakitləşəcək. Zamanla düşünəcək, doğru qərarı verəcək. Oğlanı psixoloqa apara bilərik. Hərə öz səhvini görər. Ailədə hər cür söz-söhbət olur. Təhqiri, zorakılığı bağışlamaq olmaz. Adam istəmirsə, onları barışdırmaq olmaz. 4 qızın xətrinə o ailə dağılmalıdır. Çünki uşaqlar normal ailədə böyüməlidir. Sağlam valideyn tərbiyə etməlidir. Elə adam var ki, ona nə eləsən qabında o var".

Elnarə Xəlilova isə ailəni bir arada tutmağın vacibliyindən danışıb:

"Ailə dağıtmaq 1 saniyədə belə olar, amma qurmağa çox zaman lazımdır. Əlimizdə olanların dəyərini bilmirik. Hər zaman xanımlara dəstək olmuşam. Elə hal olur ki, ər içir gəlir evə, pul qazanmır, döyür, söyür. Mən belə hallarda qadına haqq verirəm, buna dözmək olmaz. Mən öz rəfiqəmə "boşan" sözünü demiş, məsləhət vermiş adamam. Onu boşatdırmışam, ona "bu adamdan sənə ər olmaz" demişəm, 7 illik ailə dağılıb. İndiki situasiyada görürəm ki, məsələni burada həll etmək olar. Məqsədimiz odur ki, bu ailə dağılmasın. Mən də anayam, mənim də 4 övladım var. Mənim də yoldaşımın işdən əsəbi, ac gəldiyi, əlinin gətirmədiyi vaxtlar olur. Hər xırda şey olanda durub ailəmi dağıtmalıyam? Mən özümü elə aparmaram ki, o məni təhqir etsin. Sən ərinin sözünə qulaq asmalısan. Evdə böyük atadır, ərdir. Hər şey qadının əlindədir. Mən ailə dağıtmağın tərəfdarı deyiləm. Bu mənim mövqeyimdir. Heç olmasa o uşaqların xatirinə nəsə etmək olar".

Aysel Əlizadə Elnarə Xəlilovanın söylədiyi fikirlərə etiraz edib:

"Elnarə xanım, siz sənətçisiniz, sizin ruhunuz daha azad olmalıdır. Bir insan xoşbəxt olmadığı yerdə niyə qalmalıdır? Elə qadınlar var ki, övladını atalı-analı uşaqlardan daha tərbiyəli böyüdür. Mənim nənəm 3 qız böyütmüşdü, 3-ü də bir-birindən savadlı, ağıllı".

Həmin görüntüləri sizə təqdim edirik:

Xəbərlər     Baxılıb: 2069   Tarix: 21 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

donlar 2026 yaz geyimleri 2026 reseptler daginiq skleroz mualicesi ana haqqinda atalar sözləri gözəllik xəbərləri halva reseptləri kosmetika prostat geyim qu quşu vidyolar hakışdalar