Elton Hüseynəliyevin boşanması xəbəri yayıldı
2 uşaq atası olan ifaçının hazırda mətbuatda yaxşı tanınan xanımla birlikdə olduğu bildirilir.
Tanınmış müğənni Elton Hüseynəliyev həyat yoldaşından ayrılıb.
ANS PRESS-in əldə etdiyi məlumata görə, 2 uşaq atası olan ifaçının hazırda media aləmində yaxşı tanınan xanımla birlikdə olduğu və onların evlənməyə hazırlaşdığı bildirilir.
Cütlüyün Nuray və Məryəm adlı iki qız övladı var. Onların rəsmən boşandığı barədə məlumatlar yoxdur.
Tamilla xanım ANS PRESS-ə açıqlamasında, bu barədə danışmaq istəmədiyini bildirdi: "Qoy birinci Elton açıqlama versin. Bilmək istəyirəm o nə deyəcək. Ondan sonra mən də danışaram".
9 illik ailənin dağlmasına səbəb xəyanət olub. Şou-biznes aləmində yayılan söhbətlərdə Elton Hüseynəliyevin adı zaman-zaman bəzi qadın müğənnilərlə birlikdə çəkilirdi.
Əslində onların ayrıldığı barədə şayiələr artıq 2 ildir gəzir. Hətta keçmiş cütlüyün arasında yaşanmış mübahisə və münaqişələr üzündən Tamilla xanımın (Toma) xəstəxanaya düşdüyü xəbərləri də mediada yer almışdı.
Ailəsinin dağılmasını istəməyən Elton dəfələrlə bunu təkzib etsə də, sonunda bu baş verdi.
Elton Hüseynəliyevin ailəsinin dağılması illərdir birlikdə çalışdığı prodüseri Anar Mədətovla işbirliyinin bitməsilə nəticələnib. İfaçının uşaqlarının anası prodüserin xalası qızıdır.
Anar Mədətovdan ayrılan Elton artıq xeyli müddətdir məşhur prodüser Toliklə işləyir.
Müğənninin eks həyat yoldaşı da şou-biznes camiyəsindəndir. Toma kimi tanınan prodüser Eltonla evliliyə qədər bir çox müğənnilərlə çalışıb. Toma xanım hal-hazırda Günay İbrahimlinin prodüseridir.
f Paylaş








Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Aspirin xərçəng riskini azaldır?
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Azərbaycan elminə ağır itki - FOTO
Ağardıcını isti su ilə qarışdıranlar, diqqət
Koreyalı aktyorun cəsədi tapıldı
Sənin üçün o qədər darıxmışam ki
1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
Həkimdən qorxuducu XƏBƏRDARLIQ - Bu əlamətlər astmanın xəbərçisi İMİŞ
Epşteyn haqda sənədli film çəkənlər qaçırıldı
Limonlu çay içənlərin DİQQƏTİNƏ
Doğuş həyatından film çəkəcək