Eltondan xanım ifaçıları əsəbiləşdirəcək açıqlama: "Pul üçün oxumasınlar"
Müğənni Elton Hüseynəliyev xanım ifaçıları əsəbiləşdirəcək açıqlama verib.
Sənətçi "Hər şey daxil" verilişində deyib ki, qadınların müğənnilik etməsinə yaxşı baxmır.
O, qızlarına oxumağa heç vaxt icazə verməyəcəyini söyləyib:
"İstəmirəm qızlarım müğənni olsun. Uşağın hər şeyə marağı ola bilər. Mən də, Hüseyn Məhəmmədoğlu da istəmərik bizim qızımız müğənnilik etsin. Ona görə yox ki, pisdir müğənnilər. Uşaq vaxtı nə edirlərsə, dəstəkləyirik, uşaqlığını etməlidir. Əziyyətli sənətdir. Kim pis başa düşür düşsün. Xanım müğənni başqa cür olmalıdır. o, pul qazanmaq üçün oxumamalıdır".
Proqramda yer alan klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da Eltonun sözlərini təsdiqləyib:
"İstəmirəm qızım müğənni olsun. Bu, pis anlaşılmasın. Bu sənət çətindir. Daha asan bir işlə məşğul olsun".
f Paylaş








Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz