Elvin Abdullayev: "Öpüşərkən, yatağa girərkən sərhədlər bitir" - VİDEO - FOTO

Elvin Abdullayev: "Öpüşərkən, yatağa girərkən sərhədlər bitir" - VİDEO - FOTO"Rejissoru həyat yoldaşım olan klipdə qızla öpüşmüşəm"

"ARB Ulduz"un "Şou-məkan" proqramının növbəti qonağı müğənni Elvin Abdullayev olub.

"Klip çəkmək mənasızdır" deyən müğənnilərə gördüyü işlərlə cavab verən müğənni bunun vacib olduğunu bildirib:

"40-45 yaşına çatanda, heç olmasa, arxivini aç, gör nələr etmisən. Onsuz da, şou-biznesdə durğunluq var. Dayanmaq lazım deyil. Hər şeyi maddiyyatla bağlamaq olmaz. Məni çox ruhdan salıblar: "Neyləyirsən, toylar zəifdir" deyiblər. Hər şeyi toya bağlayırlar. Müğənni pul oldu-olmadı mütləq klip çəkdirməlidir".

Daha sonra Elvin gördüyü işlərə, yaradıcılıq layihələrinə həyat yoldaşını yaxın buraxmamasının səbəblərini də dilə gətirib:

"Düşünürəm ki, o, müdaxilə etməsə, daha yaxşı olar. Çünki müdaxilə etsə və problem yaransa, o, mənim xarakterimi bilir. Müharibə çıxardıram. Ona görə deyir ki, "Özün bilərsən. Yaxşı oldu, pis oldu, özün özünlə dalaşarsan"".

Bəyənmədiyi, son iki-üç günün rejissoru olaraq qiymətləndirdiyi yerli klipmeykerlər nə qədər ona klip çəkmək üçün müraciət etsələr də, Elvin onların təklifini qəbul etməyib:

"2-3 günün rejissorları mənə müraciət edirlər ki, gəlin sizə klip çəkək. Baxıram işlərinə, bəyənmirəm. Mənim üçün klipdə süjet xəttinin olması önəmli deyil. Sadə bir klip olsun. Mənim üçün əsas vizual görüntüdür, rənglənmə və keyfiyyətdir. Buradakı təzə rejissorları bəyənmirəm".

Gürcü rejissor ilə birlikdə artıq altı klip ərsəyə gətirən ifaçının son layihəsi də elə Givi tərəfindən çəkilib. Müğənni klipi bəyənsə də, orada çəkilən qız heç ürəyincə olmayıb:

"Artıq altıncı klipdir ki, Givi ilə çalışıram. Bu klipimizin rejissoru yoxdu. Sadə bir klip çəkdik. Çox xoşuma gəldi, ancaq qızı bəyənmədim. Çünki onu görməmişdim. Kadrlarımız ayrı-ayrı günlərdə çəkilib".

- Elvin, klipdə sənin və tərəf-müqabilin olan xanımın görüntüləri ayrı-ayrı vaxtlartda çəkilib. Bəlkə, bunun üçün həyat yoldaşın sənə müəyyən tapşırıqlar verib?

- İşin getməyi o demək deyil ki, mən hansısa xanımı öpüm, qucaqlayım. Əgər tələb olunarsa, bu da olar və o (həyat yoldaşı Afət - red.) heç nə deyə bilməz. Çünki ən azından o da rejissordur. Hətta elə bir klipim var ki, biz ortaya çıxarmadıq. Rejissoru Afət idi. Orada mən xanımı öpürəm, xanım da məni öpür, belə şeylər olub.

"Sənin üçün sərhədlər harada bitir?" sualına isə müğənni bu cür cavab verib:

"Dodaq-dodağa öpüşərkən, yatağa girərkən sərhədlər bitir. Belə danışırıq, tamaşaçılar elə bilər ki, biz 18+ yaratmışıq. Mənim üçün sərhəd deyilən şeylər bunlardır".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
milli.az

Xəbərlər     Baxılıb: 2371   Tarix: 07 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

turlar.az

gozel gorunmek makiyaj instagram toy makiyajlari gavalının faydaları qadin ehtirasi artiran dermanlar qogal resepti kabablar kosmetika novruz haxışda 8 mart tərəzi xerceng