Əməkdar artist hədələdi: "Özünü yığışdır, elə eləmə gəlib səni..."

Əməkdar artist hədələdi: "Özünü yığışdır, elə eləmə gəlib səni..."Əməkdar artist Cavanşir Məmmədovun 70 min dollarlıq "GMC Yukon XL" markalı avtomobili ilə maşın bazarında çəkilən fotoları müğənninin müflis olması xəbərini gündəmə gətirib.
Xanim.az bildirir ki, yeniçağ.az-a açıqlama verən C.Məmmədov haqqında yayılan xəbərə və maşın bazarında çəkilən fotolara görə qəzəbləndiyini deyib:

"Hər kəs bilir ki, mənim maşınlarım nadir avtomobillərdir. Maşın bazarında dünyanın məşhur avtomobil markalarının satış mərkəzləri var və hər bir kəs həmin mərkəzlərdən maşın alıbsa, aparıb ora qoya bilər. Hər şənbə bazar günləri bütün markalardan olan maşınlar həmin satış mərkəzinə daxil olur. Mən əgər yekəxana, özümdənrazı biri olsaydım, maşınımı ora sürücü vasitəsiylə göndərərdim. Amma özüm getdim. Mən millətimin xeyrində-şərində iştirak edən adamam. O maşınları da zəhmət çəkib almışam. Bir maşını ilyarımdan artıq sürmürəm. Bu maşını da keçən il sürmüşəm, bu il satıram, kimə nə dəxli var? O xəbərləri yazanlara deyirəm, özünü yığışdır, elə eləmə səni məhkəməyə verim".

Əməkdar artist onun müflis olduğunu deyənlərə səslənib:

"Mən müflis olmamışam, maşınlarımın hamısı da durur, yerini deyərəm gedib baxarsınız. Kimə nə isti-soyuğu var ki, mən maşın alıb-satıram? Cavanşiri bütün türk dünyası tanıyır. İkincisi də müflis olaram, olmaram kimə nə dəxli var axı? Qumarbaz deyiləm, narkotik qəbul etmirəm ki, müflis olam. İbrahim Tatlısəs öz marağı naminə dönər, çiy köftə satırdı, səhv etmirəmsə, İngiltərənin baş naziri velosipeddə gəzib. O demək deyil ki, onlar müflis olub. Yazdılar ki, AST Telman müflis olub, adama deyərlər onun dilindən çıxdımı bu söz? Mənim maşın bazarında şəkillərimi çəkmək lazım deyil. Sabah-birigün gedib Türkiyədə qumarxanada oturub kofe içib, bilyard oynaya bilərəm onda mən qumarbazam? Mənim heç bir dənə nə su köşküm var, nə də zavodum. Olanım-qalanım maşınlarımdır. Neçə dənədir, bunu da özüm bilərəm".

Sənətçi ötən gün duet ortağı, həmkarı Firuzə İbadova ilə sevgili olduğu açıqlamasına da münasibət bildirib:

"Mən elə söz deməmişəm. Heç kimin anasına, bacısına şər atmasınlar. Demişəm, Firuzə sənətkardır, ona böyük sevgim, hörmətim var. Burada böyük sənətkar sözü işlənib, sonra sevgi. Camaat min oyundan çıxır, 63 yaşım var, mənim indi sevib-sevilən vaxtımdır? Xəstədirlər ey. Mən 42 ildir sənətdəyəm, hamı bilir ki, həmişə işimlə məşğul olmuşam. 21 ildir duet oxuyuruq, pis iş görürük? Yazsınlar, amma sonra deməsinlər ki, qardaşımın uşağının toyudur, gəl bir ağız oxu. İndən belə görərlər?"

Qeyd edək ki, C.Məmmədov hər zaman avtomobil həvəskarı olduğunu, kolleksiya yığdığını deyib. Onun "Rolls Roys", "Chrysler " və "Cadillac Escalade" markalı maşınları var.

Xəbərlər     Baxılıb: 2840   Tarix: 29 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Bu meyvəni budaqdan deyil, soyuducudan yeyin: Donmuş halı daha sağlam imiş

Qaragilə "beyin dostu" və "ürək qoruyucu" xüsusiyyətləri ilə tanınan super qidadır. Lakin onu dondurmaq sadəcə saxlama müddətini uzatmır, həm də içindəki şəfalı maddələri bədənimiz üçün daha əlçatan edir

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

turlar.az

sade makiyaj sekilleri makiyaj instagram toy makiyaji sekilleri bəxtiyar vahabzadə ana şeiri alimlər elza seyidcahan yemişan faydaları kosmetika olumu meseller novruz hakista novruz hakisdalari gözəllik