Əməkdar artist Mehriban Əliyevadan imdad diləyir: "Məni küçəyə atırlar"

Əməkdar artist Mehriban Əliyevadan imdad diləyir: "Məni küçəyə atırlar"Əməkdar artist, tanınmış ifaçı Firuzə İbadova son zamanlar üzləşdiyi haqsızlıqlarla, torpağının və evinin əlindən alınması ilə bağlı ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevaya müraciət etmək qərarına gəlib.

Müğənni məhkəmələrdə, müxtəlif dövlət orqanlarında, öz hüquqlarını bərpa etmək istəsə də, bunları mediada işıqlandırsa da nəticəsiz qalıb. Ona görə də son ümid yeri kimi M.Əliyevaya müraciət edib.

F.İbadova müraciətində həm deputat Astan Şahverdiyevin onun torpağını əlindən alması və pulunu verməməsi, həm də mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova görə Badamdardakı yaşadığı evdən çıxarılması barədə köməklik göstərilməsini xahiş edib.

Bildirib ki, bu müddət ərzində öz haqqını həm hüquqi müstəvidə, həm mətbuat səhifələrində tələb etsə də, onun xeyrinə bir qərar qəbul olunmayıb.

Deputat A.Şahverdiyevlə olan torpaq çəkişməsinə görə başı problemlərdən açılmayan F.İbadova indi də O.Nadirovun ucbatından yaşadığı evdən sürgün olunur.

Əməkdar artist inanır ki, ölkənin 1-ci vitse-prezidenti ona yardım əlini uzadacaq və üzləşdiyi problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verəcək:

"Mehriban xanım həmişə mədəniyyətə, incəsənətə dəstək olub, haqqı nahaqqa verməyib, bir qadın kimi də həmişə anaların yanında olub, köməyini əsirgəməyib. Mənim ondan başqa ümid yerim qalmayıb.

Allah heç kimi mənim günümə salmasın. Lombarda girib, Orxana bir iş üçün 7 min pul verdim. O da əvvəlcə işi həll edəcəyini deyərək, məni ümidləndirdi. Amma daha sonralar bu işin qeyri-ciddi olduğunu görüb, pulumu geri istədim.

Vallah indi Orxana görə borc içində üzürəm, pis vəziyyətdəyəm. Evin borcunu verə bilmirəm. Ona görə də evimdən çıxarırlar. Bu artıq 4-cü evimdir. Buradan da çıxarırlar.

İnsafın olsun, ay Orxan! Pulumu qaytar! Elə bil mənim alnıma yazılıb, hamı məni aldadır. Bundan əvvəl də, bilirsiz ki, deputat Astan Şahverdiyev tərəfindən süründürülmüşəm.

Bu günə kim kürəkəni Aqilin məndən qanunsuz olaraq alıb zəbt etdiyi torpağı nə geri qaytarır, nə pulunu verir. Hara yazsam xeyri yoxdur, məhkəmələr millət vəkilini müdafiə edir.

Bu problem haqda mətbuatda yetərincə yazılıb. Ancaq səsimi eşidən olmayıb. Mənim kimsəsizliyimdən, təkliyimdən istifadə edib güc gəlirlər.

Firuzə İbadova bütün həyatını sənətə, Azərbaycanın mədəniyyətinin inkişafına həsr edib. İndi mənim bu günə düşməyimdə günahlarım nədir, desinlər cəzasını çəkim. Biri torpağımı, biri pulumu əlimdən alır, məni küçələrdə qoyurlar.".

F.İbadova müraciətində qeyd edib ki. M.Əliyevanın onu qəbul etməsini və görüşdə qarşılaşdığı haqsızlıqları ətraflı danışmaq istəyir.

Qeyd edək ki, Əməkdar artist qonşuluqda yaşayan polis əməkdaşına inanaraq, ona 15-16 sotluq torpağının 4,8 sotunu nisyə satıb.

Bir müddət sonra həmin adam yol qəzasında dünyasını dəyişib. Bu vaxt Əməkdar artist öyrənib ki, o, millət vəkili Astan Şahverdiyevin kürəkəni imiş.

Onun ölümündən sonra qohumları, ailə üzvləri nəinki borclarını qaytarıb, hətta əməkdar artistin əlavə qalan 10 sotdan artıq torpağını da zəbt ediblər.

Mənbə: bakipost.az

Xəbərlər     Baxılıb: 5837   Tarix: 24 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bazarda 2 manata satılan bu möcüzə qaraciyəri yeniləyir

Torpağın altında gizlənən bu bənövşəyi möcüzə təkcə rəngi ilə deyil, elmi araşdırmalarla sübut olunmuş faydaları ilə sağlamlıq reseptlərinin əvəzolunmazına çevrilib.  xəbər verir ki, qidalanma mütəxəssisləri vurğulayırla

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA

Dünyada təxminən 1,5 milyard insanı təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə daha çox rast gəlinən miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb. xəbər verir ki, Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə Gazi Universiteti

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ

Ürək və damar xəstəlikləri ən çox ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir. xəbər verir ki, ürək xəstəliklərindən danışan türkiyəli həkim Mehmet Ertürk bildirib ki, döş qəfəsinin ortasında hiss olunan, çənəy

.

Oturaq işlə məşğul olanların sağlamlığı təhlükədədir

Oturaq həyat tərzi ilə çalışan insanlar üçün sağlamlığın qorunması mühüm məsələ olaraq qalır. Mütəxəssislər bildirirlər ki, uzun müddət hərəkətsiz qalmaq həm onurğa problemlərinə, həm də ümumi fiziki zəifliyə səbəb ola bilər

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

qadin dunyasi geyim seçimi donlar 2026 baliqqulagi at gucu nece hesablanir uşaq və təhsil maqazin kosmetika porno sperma mekteb sanamalar pizza