Əməkdar artist Nazənini ağlatdı
"Lider TV"-nin "Dostlar, bizi unutmayın" verilişinin növbəti buraxılışı yayımlanıb.
BiG.AZ-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı əməkdar artist Kəmalə Rəhimli olub. İfaçı verilişdə bir çox məqamlara toxunub. O, bu günə qədər sənət yoluna nəzər salaraq, başına gələnlərdən danışıb.
Daha sonra efirdə K.Rəhimli ilə bağlı süjet gedib. Həmin məqamda isə müğənni Nazənin göz yaşlarına hakim ola bilməyib:
"Bilmirəm niyə kövrəldim. Sağlığında hər birimizin qədrini bilək. Niyə belə kövrəldim? Şükür Allaha sağsınız. Bundan sonra milyonlarla müğənni gəlsin, getsin, amma Kəmalə xanımın yerini verən olmayacaq".
f Paylaş