Əməkdar artist qardaşı oğlunu axtarır: "DNA testi tələb edəcəm"
Əməkdar artist Nahidə Orucova 23 ildir görmədiyi qardaşı oğlunu axtarır.
Open.az xəbər verir ki, aktrisa bunun üçün "Səni axtarıram" verilişinə müraciət edib. O bildirib ki, qardaşı qətlə yetiriləndən sonra gəlinin uşağı onlara göstərmədiyini deyib:
"Qardaşım öləndən sonra qız tamam kənara çəkildi, heç elə bil bunun əri ölməyib, soyuqqanlı davrandı. Ortaya düşən mən və bacım idi. Uşağı da gedib görürdük. Amma uşağın 2 yaşı olanda dedi ki, sizdən kömək istəmirəm. Yaşadıqları evi dəyişdilər, anası oğlanı göstərmədi bizə. Sonra onları axtardım, amma tapa bilmədim.
Məsələni ictimailəşdirmək istəmirdim. Uşaq da bizi axtarmadı. Təəccüblüdür ki, heç istəməyib doğmalarını tapmağa? Artıq aramızda doğmalığın olub-olmaması da şübhəlidir.
Hətta mən uşağın qardaşım oğlu olduğundan şübhələnirəm. Ona görə də tapsam, uşaqdan DNA analizi tələb edəcəm.
Qardaşım öldürüləndə arvadı maraqlanmadı. Məhkəmə prosesində iştirak etmədi, elə bil onun əri ölməyib. Ona görə də mənim içimdə gəlinlə bağlı şübhələr yarandı".(axşam.az)









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
Kərimin səhhətində problem yarandı