Əməkdar artistdən BƏD XƏBƏR: "Ağrılarım o qədər şiddətli idi ki, intihara əl atdım..."

Əməkdar artistdən BƏD XƏBƏR: "Ağrılarım o qədər şiddətli idi ki, intihara əl atdım..."Azərbaycanın teatr və kino aktyoru, əməkdar artist Əjdər Həmidov intihara cəhd edib.

Aktyor BiG.AZ-a bunun 10 il öncə olduğunu söyləyib. Sevilən aktyor deyib ki, 10 il əvvəl "Yoxlama" filminin çəkilişləri zamanı möhkəm qorxu keçirib, bundan sonra səhhətində ciddi pozuntular yaranıb:

"Həmin filmin çəkilişləri vaxtı məni kəndirlə beşmərtəbəli binanın damına qaldırırdılar. Yüksəklikdən necə bərk qorxdumsa, möhkəm xəstələndim. Çox pis vəziyyətdə idim. Bundan sonra necə deyərlər, tərki-dünya oldum, Bakıdan getdim, 2 il doğulub, boya-başa çatdığım Şabran rayonunun Aygünlü kəndində qaldım. Yaşadığım ağrıların şiddətindən hətta iki dəfə intihar da etmək istədim. Amma şükürlər olsun ki, psixoloq-həkimin sayəsində sağaldım, həyata qayıtdım. Daha sonra Bakıya gəldim, kinolarıma çəkildim".

Aktyor söhbət əsnasında bir müddət öncə səhhətində yaranan problemdən də danışıb:

"Bilirsiniz ki, may ağır aydır. Gərək bu ayda özünü qoruyasan. Hipertoniya xəstəliyim var deyə həkim mənə deyib ki, müəyyən dərmanlar var, onları ömrünün sonuna kimi atmalısan. Tərsliyimə salıb, dərmanlardan imtina etdim. Bundan sonra qəfil halım pisləşdi. Arterial təzyiqimi ölçəndə, gördüm ki, 260-a qədər yüksəlib. Onu da deyim ki, 10 il əvvəl arterial təzyiqim 280-ə qədər yüksəldiyi üçün insult keçirmişdim. Vəziyyəti belə görüb, tez Təcili Tibbi Yardıma zəng etdim. Gəlib, məni 1 saylı Şəhər Klinik Xəstəxanasına apardılar. Sağ olsun həkimlər, məni yaxşı müalicə etdilər. Bir müddət orada qaldım, sonra evə buraxıldım. Hazırda tamaşalarda oynayıram. Vəziyyətim yaxşıdır, özümü normal hiss edirəm.

Xatırladaq ki, Ə.Həmidov ötən ay səhhəti pisləşdiyi üçün 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdi. Aktyora nevroz diaqnozu qoyulmuşdu.

Ə.Həmidov 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır.

Xəbərlər     Baxılıb: 1823   Tarix: 01 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

qaşların formalari adlarin menasi reseptler fatimə fətəliyeva i̇mtahana hazırlıq kətə reseptləri hakista sozleri kosmetika uzeyir səməd vurğun zencefil faydalı məsləhətlər veten seirleri