Əməkdar artistin ata həsrəti
Əməkdar artist Bəhram Bağırzadə 18 il öncə vəfat edən atasından yazıb.
azxeber.com xəbər verir ki, aktyor onu xatırlayaraq, atası üçün çox darıxdığını dilə gətirib.
"Sən artıq on səkkiz ildir ki, yanımda deyilsən. On səkkiz il… Amma mən hər gün səninlə danışıram. Hər Allahın günü. Məsləhətləşirəm, bölüşürəm, bəzən mübahisə edirəm, təşəkkür edirəm. Yanımda deyilsən, amma mənim içimdəsən. Hərəkətlərimdə, səsimdə, qərarlarımda.
Sənin üçün çox darıxmışam, ata. Sən mənə çox çatışmırsan. Bilirəm ki, məni eşidirsən"- deyə, Bağırzadə bildirib.
Aysel









Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
Zaur Rzayev harada dəfn olunacaq?
Yaş artdıqca makiyaj seçimində nələr dəyişməlidir?