Əməkdar artistin hicaba keçən qızı ikinci dəfə ərə getmir: "Allah bəlanızı versin"

Əməkdar artistin hicaba keçən qızı ikinci dəfə ərə getmir: "Allah bəlanızı versin"Əməkdar artist Firuzə İbadovanın qızı Hülyanın yenidən ailə həyatı qurması haqda mətbuatda xəbərlər yer alıb.

BiG.AZ xəbər verir ki, əməkdar artistin qızı xəbəri milli.az təkzib edərək, bunları bildirib:

"Mənim icazəm olmadan mənim yerimə sual verib, cavab alıblar. Mən onları məhkəməyə verəcəyəm. Çünki mən başımı kiməsə ərə getməyə görə bağlamamışam. Yazıblar ki, iyun ayının 4-də nikaha girir! Hardan bilirsiz nikaha girirəm? Mən ziyarətə getməzdən öncə başımı bağlamışam, Allahın əmrini yerinə yetirmişəm. Bir dəfə 2008-ci ildə ailə həyatı qurmuşam, bunu hamı bilir. Müəyyən səbəblərə görə biz iki normal insan kimi ayrılmışıq. Bizim bir qız övladımız var. Mən bundan sonra nikaha daxil olmamışam, bu haqda fikrim də yoxdur. Mənim nikahım anam və qızımdır. Allahımdan çox razıyam ki, məni hicaba layiq görüb.

Evimdə oturub Allaha olan sevgimi yaşayıram. Mənə başqa ikinci həyat lazım deyil. Bu xəbəri yazanlar, yazanda bir düşünün! Daha qalmısız ki, nə yazasız! Heç nə yaza bilmirsiz, başlamısız özünüzdən uydurma xəbərlər yazmağa. Fikirləşmirsiniz ki, mən sizi məhkəməyə verə bilərəm? Olmaz axı, günahdır, ayıbdır. Nə ixtiyarınız var mənim haqqımda səhv məlumatı yazasız? Bu xəbəri yazan, mənə cavab verəcəksən!" deyə əməkdar artistin qızı bildirib.

Əməkdar artist Firuzə İbadova da qızının müdafiəsinə qalxıb:
"Efirlərə az çıxmağımın səbəbi də elə budur. Elə bil ki, nəsə güdürlər ki, mən efirə çıxan kimi uydurma xəbər yazsınlar. Mənim nə tərbiyəmdə, nə də sənətimdə qüsur olmayıb. Əgər yazılan xəbərləri silməsəniz, mən məhkəməyə müraciət edəcəyəm. Sizin nə ixtiyarınız var mənim övladım haqqında uydurma xəbər yazasız? İnsan ailəni bir dəfə qurur. Mənim anam da ailəsini bir dəfə qurub, biz də. Allah bəlanızı versin! Yetənə yetirsiz, yetməyənə yox! Mən bütün jurnalistlərə hörmətlə yanaşmışam, amma mənə qarşı edilən bu hörmətsizliyi heç cür anlaya bilmirəm. Bir xəbəri dəqiqləşdirmədən necə siz əminliklə yaza bilərsiz? Ayıb olsun sizə!".

Qeyd edək ki, Firuzə İbadova qızı Hülya ilə bir neçə gün öncə "Zaurla Günaydın" verilişində qonaq olmuşdu. Əməkdar artistin qızının başını hicabla bağlaması hamını təəccübləndirmişdi.

Xəbərlər     Baxılıb: 4369   Tarix: 28 may 2018
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

geyim və ayaqqabılar həkim məsləhəti toy makiyaji sekilleri asiq zulfiyenin oglunun toyu badimcan kartof röya ayxan hicab bağlamaq kosmetika big.az vetene aid bayati damla şəkərbura gulmeli hakista