Emin Ağalarov: "O mənə Leylanı xatırladır"

Məşhur iş adamı, bəstəkar və müğənni Emin Ağalarov 27 və 31 iyun tarixlərində Bakıda keçirləcək "Jara" festivalı ərəfəsində "7 days" jurnalına müsahibə verib.

Publika.az xəbər verir ki, məşhur müsahibəsində qızı Əminə haqqında danışıb. O bildirib ki, qız atası olmaq tamam fərqli duyğudur.

- Bir müsahibənizdə demişdiniz ki, qadın məhəbbəti sizi ruhlandırır və qoruyur. Bu sevgini siz ananızdan və bacınızdan alırsınız?

- İndi Əminə də var. Bu sevgi getdikcə daha da böyüyür. Onunla hər şey başqa cür oldu. Əminəni həmişə qucaqlamaq və öpmək istəyirəm. Ondan "qopmaq" mümkün deyil. Bu zaman oğlanlarım mənə tərs-tərs baxırlar ki: "Bəs biz?"

- Əminə sizin üçün nə ifadə edir?

- Qızımdır. O, mənim doğma oğullarımla birlikdə böyüyür. Oğlanlarımın yanına gələndə biz hamımız birlikdə vaxt keçiririk. Əminə deyir: "Bax, atam bunu gətirdi, onu gətirdi". Ümumiyyətlə, ilk dəfə oğullarım məni Əminənin atası adlandırıb. Onda Əminə danışmağı bacarmırdı. Evə gələndə Əli ilə Mikayıl əlimdən tutub məni Əminənin otağına apardı: "Ata, gedək, biz sənə Əminəni göstərəcəyik". Biz otağa girəndə əkizlər məni onunla "Əminə, bu, sənin atandır", - deyə tanış etdilər. İndi isə o, məni "Ata" deyə çağırır. Bu, məndə təsirli və çox səmimi hisslər oyadır. Hiss edirəm ki, kişi üçün qız atası olmaq xoşbəxtlikdir! İki ildir onunla danışıram, görüşürəm. O, çox böyüyüb.

- Deyirlər ki, övladlığa götürülmüş uşaqlar zamanla ona baxan valideynlərinə oxşayır.

- Elədir ki, var. Məsələn, Əminə anası Leylanı xatırladır. Ona diqqət, qayğı göstərmək vacibdir. Qız çox tələbkardır. Balaca uşaqlar özü haqqında üçüncü şəxs kimi danışır: "Əminə istəmir, Əminə özü edəcək" və s. Zahirən isə o, öz böyük qardaşlarına daha çox oxşayır. Xüsusən də, Əlişkaya. Düzdür, onunla əsasən Mika dostluq edir. O, əsl böyük qardaşıdır: diqqətli, həyəcanlı və məsuliyyətli. Mika həmişə Əminənin nə ilə məşğul olduğunu, nəyi və niyə etdiyini yoxlayır. Qardaşların hər ikisi Əminəni çox sevir və himayə edirlər. Biz uşaqlarla gəzməyə gedəndə birdən mənə kimsə zəng vurur və mən ayrılmalı oluram, onda oğlanlardan biri əlindən tutub ona mütləq nəzarət edir. Bu, onlarda qeyri-iradi olaraq alınır, heç kim onlara bunu öyrətməyib.

- Uşaqlar artıq mübahisə etmir? Bir dəfə Əminənin əkizlərin oyuncaqalrını sındırırdığını, onların da bundan hirsləndiyini demişdiniz.

- Hə, Əminə artıq başa düşdü ki, bu, oğlan uşaqlarının xoşuna gəlmir.

- İndi onlar birlikdə konstruktorlardan qəsrlər tikirlər?

- Əli və Mikayıl böyüyüb, bu oyuna həvəsləri soyuyub. Amma onların Bakıdakı evində vaxtilə tikdikləri qəsrlər, böyük qalalar indiyədək durur.

- Siz Əminənin tələbkar olduğunu dediniz. Bu, özünü nədə göstərir?

- Biz bu yaxınlarda şəhərə getdik. Oğlanlar mənimlə maşında getdi, bir qədər sonra isə dayəylə Əminə də bizə qoşuldu. Qayıtmaq vaxtı çatanda mən maşına yaxınlaşdım, oğlanlar arxada oturdular. Və burada Əminə qətiyyətlə bildirdi ki, o da mənimlə getmək istəyir. Mən onu arxada oturtdum, oğlanlar isə onlardan kimin qabaqda oturması üstündə uzun müddət mübahisə etdi. Beləcə hamımız musiqini qoşub birlikdə yola düşdük. Əla gün idi!

- Uşaqların bəxti gətirib: tezliklə Bakıda "Jara" iyulun 27-dən 31-dək keçiriləcək möhtəşəm festivalda Filipp Kirkorov və digər ulduzları öz gözlərilə görəcəklər.

- Hər üçü xüsusilə Filipp Kirkorov və Sergey Lazerevlə görüşü səbirsizliklə gözləyir. Ötən il bu festivala hazırlıq zamanı uşaqlar mənimlə idi, onlar günlərlə yanımdan ayrılmaq bilmirdilər. Səhnədə oxuyanda isə kulis arxasında gözləyirdilər. Bu il də istisna olmayacaq. Biz Bakıda Xəzər Dənizinin sahilində mənim böyük evimdə yaşayırıq. Birlikdə çimərliyə gedirik, gəzirik. Uşaqlarla dənizdə əylənmək mənim xoşuma gəlir. Birbaşa suya doğru qaçıram, amma son anda qayıdıram. Bu onlarda adrenalin doğurur. Mən uşaqlarla birlikdə xoşbəxt oluram. Bu zaman işlə məşğul olmamaq, telefonu söndürmək, dincəlmək və sadəcə həyatdan zövq almaq istəyirəm.
Emin Ağalarov: "O mənə Leylanı xatırladır"Emin Ağalarov: "O mənə Leylanı xatırladır"

Xəbərlər     Baxılıb: 10791   Tarix: 19 iyul 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

maskalar gozel gorunmek aksessuarlar arvaddan icaze kagizi turşu resepti usaq masajlari qadın ətirləri kosmetika efsaneler sac modelleri cantalar janrlar atalar sözü