Emin Ağalarov sevgilisindən danışdı: "Buna görə ona minnətdaram"

Emin Ağalarov sevgilisindən danışdı: "Buna görə ona minnətdaram"Müğənni-bəstəkar Emin Ağalarov Rusiyanın "Ok magazine" dərgisinə müsahibə verib.

XANİM.AZ axşam.az-a istinadən məlumatverir ki, Emin əkizləri Əli və Mikayılla birlikdə fotokamera qarşısına da keçib.

Müsahibəni ixtisarla təqdim edirik:

- Deyəsən, siz çox sakit, əsəblərini cilovlamağı bacaran insansınız...

- Yaradıcılıq düşüncələrimə və davranışlarıma sərbəstlik verir. Amma çox səbirsiz biriyəm.
- Axı sizin haqqınızda heç vaxt "Lazur sahilində sürətlə maşın sürdü" kimi xəbərlər oxumamışam...

- Çalışıram, bu cür mövzular xəbərlərdə yer almasın. Özümü bacardığım qədər səbirli göstərməyə çalışrıam. Anam hər zaman deyir: "Anayla dalaşmaq və əsəbi olmaq sənə yaraşmır". Bunlardan xilas olmağı bacarmıram. İnsanlar məni əsəbiləşdirir. Qarşımdakı insan mənim kimi düşünməlidir. Onda bizimki alınacaq.

- İnsanın özü kimi düşünən birini tapması mümkündür?

- Mənim köməkçikm- 2001-ci ildən birlikdə çalışırıq. 16 illik işbirliyi bir-birimizi sözlər olmadan belə başa düşməyə imkan verir. O, hər bir sual qarşısında mənim hansı cavabı və qərarı verəcəyimi bilir. Ətrafımda bu cür insanlar nə qədər çox olarsa, o qədər çox iş görər, planlar reallaşdıra bilərəm.

- Nəyi hələ də etməyə vaxtınız çatmayıb?

- Çox şey etmək mümkündür. Yüz dəfə filmə çəkilmək olar, amma burada heç bir uğur qazanmaya bilərsən. Min mahnı oxuyarsan, amma biri belə kiməsə lazım olmaz. Əsas nə etdiyin yox, nədə uğurlu olmağındır. Məsələn, hər bir müğənni "Krokus"da konsert verə bilər. Amma biletləri sata bilərmi? Əsas odur ki, konsertdə insanlar səninlə birlikdə zövq alırlar.

- Menecerinizlə söhbət zamanı sizin "Jara" festivalından fotonuzu dərginin üz qabığına yerləşdirmək istədiyimizi dedik. Dedi ki, bu, sizin xoşunuza gəlməyəcək. Nədir bəyənmədiyiniz? İctimai insansınız, amma iş otağınızda belə fotonuz yoxdur...

- Festivalda başqa müğənnilər, mənim dostlarım oldu. Mənim fotomun dərgidə olması yaxşı alınmırdı. Elə çıxır ki, bunu satın almışam, planlaşdırmışam, özüm istəmişəm. Ciddi olmurdu.

- Ən pisi odur ki, insanın heç bir istedadı yoxdur, özünü zorla satır...

- Mənim haqda da bu cür demək olar.

- Niyə?

- Əgər mən Araz Ağalarovun oğlu, necə yazırlar "Krokus" imperiyasının varisi olmasaydım, musiqi sahəsində də boş bir yerdə olardım.

- Yanlış düşüncədir...

- Mən də belə fikirləşmirəm... Düşünürəm ki, varis olmasaydım musiqi sahəsində daha böyük yollar qət edərdim. Musiqiyə ayırmaq üçün vaxtım olardı. İki il bir dənə də mahnı yazmadım. Sement, qum, kafel haqda düşünürəm, sonra oturub mahnı yazmağa güc qalmır.

- İvanka Tramp atasının onu necə tərbiyə etməsindən danışıb. Deyirdi ki, atası ona adi ailələrdə valideynlərin uşağına verdiyi qədər xərclik verirmiş. Siz öz övladlarınıza nələr edirsiniz?

- Niyə varlı ailələr övladlarına çox cibxərcliyi vermir? Çünki onlar övladlarını zəhmətə öyrəşməyə hazırlayırlar. Valideynlərimə təşəkkür edirəm ki, onların sayəsində məndə bu istək yaranıb. Əgər məni də elə böyütməsəydilər, indi biznesim olmazdı. Övladlarım gözəl şəraitdə yaşayırlar: hər iki tərəfdən onların məşhur babaları və nənələri var. Hər kəs də onları sevir. İndi 8 yaşları var. Bir neçə ildən sonra mən də onlara atamın mənə öyrətdiyini öyrədəcəm. Onları ofisimə gətirir, işimi bitirənə kimi burada divanda oturmalarını məcbur edirəm. Ya da tikintiyə aparıram. Düşünürəm ki, bununla onlar çalışmağın vacibliyini dərk edirlər. Həyatımın ən riskli və etməyə məcbur olduğum işi övladlarımı tərbiyə etməkdir. Övladlarım evdə olanda hər zaman yanımdadırlar. Onların səs salması, səhər məndən tez oyanıb yatağımda tullanmaları xoşbəxtlikdir.

- Riski sevən birisiniz?

- Çox... "Jara" festivalı da risk idi.

- "İspaniya. Leto" klipində sevgiliniz Alyona çəkilib... Tənqidçiniz kimdir?

- Əvvəl mahnılarımı ona dinlətdirirdim. Hər zaman tənqid edir, buna görə ona minnətdaram. Ətrafında sənə həqiqətləri deyən insanların olmasına dəyər verirəm.

Xəbərlər     Baxılıb: 2364   Tarix: 31 avqust 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

yemek reseptleri reseptler hamiləlik güllərin mənası şirniyyat reseptləri boyuk qadin dosleri cinsi yaxinliq kosmetika tanisliq xocali novruz haqistalari kökəlmək üçün faydalı məsləhətlər