DIQQƏT: Əmizdirən analara qoyulan QİDA QADAĞALARI

DIQQƏT: Əmizdirən analara qoyulan QİDA QADAĞALARISüdverən analar daima narahatlıqla yaşayırlar: "Bu və ya digər qidanı qəbul etmək olarmı?"

Yaxud internetdə südverən analara qadağa olunan ərzaqların siyasını axtarırlar. Qeyd edək, belə bir siyahı yoxdur və olsa da düzgün deyil. Südverən ana istədiyi yeməyi, istədiyi ölçüdə qəbul edə bilər. Amma əgər sizin nəsildə xüsusi bir qidaya uşaqların allergiyası varsa, onda öz körpənizi həmin qidanı siz qəbul etdikdən sonra reaksiyasını müşahidə edə bilərsiniz. Amma bir çox şeylərin individual olduğu kimi, sizin körpənizdə də bu allergiya olmaya bilər.

Bəzi analar istiotlu və çox ədviyyatlı yeməklərdən südvermə zamanı çəkinirlər. Amma çox nahaqq yerə. Onların körpəyə hər hansısa qeyri-adi təsiri araşdırmalarda özünü doğrultmayıb. Hətta bir araşdırma südverən ana sarımsaq yeyəndən sonra uşaqların daha yaxşı süd əmdiyini qeyd edir.

Bəzi anaları daima narahat edəm məsələrdən biri qazlılığa səbəb olan ərzaqlar kimi tanınan kələm, brokkoli, lobya, noxud və bu fəsildən olan tərəvəzlərin qəbulu ilə bağlıdır. Qaz və köp yaradan bu tərəvəzlərin körpədə də eyni effekt ola biləcəyi anaları düşündürür. Amma nəzərə alsaq ki, ana südü ananın mədə-bağırsaq sistemində olanlardan deyil, qana sovrulan maddələrdən yaranır, onda bu narahatlığın da yersiz olduğu ortaya çıxacaq.

Turş qidalar da ana südünə təsir etmir. Məsələn, sitrus bitkilər, pomidor və s. tərəvəzləri analar rahatlıqla qəbul edə bilərlər. Amma bəzi körpələr ana südünə keçə bilən müəyyən qrup zülallara xüsusən inək südündən hazırlanan süd məhsullarına qarşı həssas ola bilərlər. Bundan əlavə körpələr soya, buğda, qarğıdalı, yumurta və yerfındığı yeyən analarının südünə müəyyən dərəcədə allergik reaksiya göstərə bilərlər.

Şirniyyat məmulatlarının çox qəbul edilməsi və yaxud yağlı qidaların azaldılması ana südünə heç bir təsiri yoxdur. Ümumiyyətlə, ana südünün yağlılığı yeyilən yağlı qidalardan asılı deyil. Amma anaların südverən zamanı saxlaya biləcəkləri sərt pəhriz sayəsində südün keyfiyyətində bəzi dəyişikliklər baş verə bilər.

Bəzi analar südvermə zamanı formaya tez qayıtmaq məqsədilə şəkər əvəzinə süni şəkər əvəzedicilərindən istifadə edirlər. Thomas Hale (medications and mother milk 2012) araşdırmalarına əsasən aspartam, splenda, sorbitol, saxarin kimi şəkər əvəzedicilərinin istifadəsində ehtiyatla yanaşaraq, az miqdarda istifadəsinə icazə verir. Amma pəhriz saxlayan xanımlar arasında geniş yayılmış olan stevianı qadağan edir. Stevianın çox şirin otlardan alınaraq hazırlanmasını nəzərə alaraq, geniş araşdırma aparılmadığına görə stevianın istifadəsini risk qrupuna salır.

Amma təbii şəkər mənbəyi olan bal analar üçün heç də qorxulu deyil. Analar onu rahat istifadə edə bilər. Balın tərkibində olan botulizm sporları ananın mədə bağırsağında həzm edilir və ana südünə keçmir. Amma 1 yaşına qədər körpələrə bal vermək məsləhət deyil. Çünki onların mədə bağırsaq sistemi daha zərif olduğu üçün balda olan botulizm sporlarını xaric edə bilmir.

Bəzi hamilə xanımlarımız və südverən analarımız əsl balıqsevəndirlər. Amma balıq yeməkdə bir qədər ehtiyatlı olmaq lazımdır. ABŞ-ın Qida və Dərman Administrasiyası tərəfində: bir neçə balıq növünü yeməyi ümumiyyətlə məsləhət görmür: köpək balığı, qılınc, kral makrel və tülbülü (bunlar uzun ömürlü və böyük balıqlardır və digər balıqlara qidalanırlar, ona görə daha yüksək konsentrasiyada bədənlərində civə toplaya bilərlər). Balıqda olan civə doğulmamış körpənin sinir sisteminə mənfi təsir etdiyi üçün hamilələrə məsləhət görülmür. Ümumilikdə isə südverən anaya da çox miqdarda balıq istehlak etmək olmaz.

Suşi həvəskarı olan südverən analar bu ərəfədə suşi verilən restoranların seçimində çox diqqətli olmalıdırlar. Çünki bütün çiy qidalar kimi suşidə də bakteriyalar ola bilər və gigiyena standartlarına uyğun olmayan hazırlanma üsulu əmizdirməyə mane olmasa da anaya zərər verə bilər.

Yumşaq və yarımyumşaq pendir həvəskarı olan hamilə xanımlar çiy süddən hazırlanan süd məhsullarını və çiy südü doğuşa qədər təxirə salmalıdır, çünki yumşaq pendirlərin bir çoxu pasterizə olunmamış süddən hazırlandığı üçün anaya və dölə zərər verə bilər. Südverən analar isə qəbul edə bilərlər. Əmizdirən anada təhlükənin ana südünə keçmək ehtimalı yoxdur.

Əziz hamilə xanımlar və südverən analar, istədiyiniz yeməyi istifadə seçimində azadsınız, amma hər qida qəbulundan əvvəl əsas sizin üçün onun keyfiyyəti, körpənizin sağlamlığı və ona verəcəyi xeyir əsas meyar olsun.

Xəbərlər     Baxılıb: 1574   Tarix: 25 yanvar 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

geyim necə seçməli gozel gorunmek gelinlikler kelem tutmasinin hazirlanmasi hamiləliyə hazırlıq balıq və dəniz məhsulları gözəl geyimlər kosmetika bayati cantalar klitor atalar sözü kurtlar vadisi