Ən qədim şəfa üsullarından biri

Ən qədim şəfa üsullarından biriMasaj bəlkə də ən qədim şəfa üsuludur və tarixboyu bütün mədəniyyətlərdə ondan istifadə edilib. Yunan alimi Hippokratın "anatrpsis" adlandırdığı bu üsul sonralar ovuşdurma, əllə müalicə və ovma adlandırılıb. Dilimizdə masaj sözü nisbətən yenidir və ərəbcədən tərcümədə "əllə sığallamaq" mənası verir.
Milli.Az axar.az-a istinadən bildirir ki, qədim Çin, Hindistan və Misir əlyazmalarında masajdan xəstəliklərin qarşısını almaq, sağaltmaq və yaraları yaxşılaşdırmaq məqsədilə istifadə edildiyi öz əksini tapıb. Roma həkimi masaj və məşqlə əlaqədar ən azı on kitab yazıb və onun bir sıra fikirləri indi də öz əhəmiyyətini itirməyib. XVIII və XIX əsrlərdə isveçli Per Henrik Lingin təsiri ilə Avropada masaja rəğbət artıb və onun masaj sistemi Avropa səviyyəsində yayılıb. Ling tibbi gimnastika və masaja böyük əhəmiyyət verib.
Hindistanda analar uşaqlarını masaj edər və sonra da onlardan eyni hərəkətləri valideynləri üzərində təkrar etməsini tələb edərdilər. XIX əsrin axırlarında masajdan məşhur tibbi müalicə üsulu kimi cərrah və həkimlər tez-tez istifadə etməyə başlayıblar. 1894-cü ildə Londonda səkkiz qadının təşəbbüsü ilə Təhsilli Masajçı Dərnəyi yaradılıb və onlar Fiziki Müalicə Dərnəyi adlanan şəfa mərkəzinin qurucuları hesab olunurlar.
Ölkəmizdə masajın özünəməxsus tarixçəsi var, hələ keçmişdə hamamlarda kisə çəkməklə badəni yumşaldır və soyuqdəymə zamanı kürəyi ovmaq və ayaqlamaqla xəstəliyin qarşısını alardılar. O vaxt kortəbii şəkildə aparılan masaj müasir dövrdə daha geniş yayılıb.
Masaj sağlamlığa faydalı təsir göstərir, qan dövranını nizamlayır, əzələləri boşaldır, həzmə kömək edir. Onun faydası yalnız masaj edilən tərəfindən deyil, həm də masajçı tərəfindən də hiss olunur. Əlləri bədən üzərində gəzdirmək həm masaj edən, həm də edilən üçün rahatlaşdırıcı təsir göstərir.
Təbabətdə iki cür masaj aparılır: yüngül və güclü masaj. Yüngül masajın təsiri nəticəsində beyin qabığında tormozlayıcı proseslər qüvvətləndiyindən əməliyyatdan sonra yatmaq meyili oyanır. Güclü masaj nəticəsində isə dəridə hissi sinirlərin oyanması zəifləyir və bir sıra xəstəliklərdə ağrıların azalmasına və tamamilə çəkilməsinə səbəb olur. Yerli və reflektor təsirlər nəticəsində masaj qan və limfa dövranını sürətləndirir, orqanizmin möhkəmlənməsinə səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1556   Tarix: 12 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

geyim şəkilləri geymler 2026 maskalar çimərlik dəbi sirin qiz statuslari balqabaq plov ataya aid atalar sozleri kosmetika faydalı bilgilər sirniyatlar vətənə aid atalar sözləri sperma zehmet ve zinet