Ən təhlükəli qulaqcıq növü açıqlandı

Ən təhlükəli qulaqcıq növü açıqlandıBirbaşa qulaq kanalına yerləşdirilən kanaldaxili qulaqcıqlar, qulaq pərdəsinə daha yaxın olur.
Milli.Az-ın xarici mediaya istinadla xəbərinə görə, bu da həkimlərin fikrincə, eşitmə orqanlarına zərər vermə riskini artırır.
"Qulaqcıq növü eşitmə qabiliyyətinin qorunmasında mühüm rol oynayır. Birbaşa qulaq kanalına yerləşdirilən modellər qulaq pərdəsinə daha yaxın yerləşir və bu da zədələnmə riskini artırır. Qulağın üstünə taxılan və ya tam qulaqlı (over-ear) modellər isə daha təhlükəsiz sayılır, çünki onlar qulaqlara daha az təzyiq göstərir," - həkim bildirib.
Həkimin sözlərinə görə, səsboğucu funksiyası olan qulaqcıqlar seçmək daha məqsədəuyğundur.
"Aktiv səsboğma funksiyalı qulaqcıqlar musiqini səsli mühitdə dinləyənlər üçün ideal seçimdir. Onlar xarici səsləri bloklayır və istifadəçiyə musiqidən rahat səviyyədə, yüksək səsə ehtiyac olmadan zövq almağa imkan verir. Xatırladıram: musiqini gündəlik 60 dəqiqədən artıq olmayan bir müddətdə, 60% səs səviyyəsində dinləmək, ardından isə 5-10 dəqiqə fasilə vermək məsləhətdir," - mütəxəssis əlavə edib.
Bu əlamətlərə diqqət edin
Həkim xəbərdarlıq edir: əgər musiqi dinlədikdən sonra qulaqda zəng səsləri və ya uğultu hiss edirsinizsə, bu, səsin çox yüksək olduğunu göstərə bilər. Eləcə də nitqi və digər səsləri ayırd etməkdə çətinlik yaranırsa, bu, eşitmə qabiliyyətində zədələnmənin əlaməti ola bilər və belə halda dərhal həkimə müraciət etmək vacibdir.
Tövsiyələr
Musiqini çox səs-küylü mühitdə dinləməkdən çəkinin, çünki bu zaman səsi artırmaq məcburiyyətində qalırsınız. Eşitmə yoxlamasını mütəmadi olaraq mütəxəssisə etdirin - xüsusilə qulaqcıqlardan tez-tez istifadə edirsinizsə. Səs səviyyəsini və dinləmə müddətini nəzarətdə saxlamaq üçün xüsusi mobil tətbiqlərdən istifadə edin.
Qeyd: Bu məqalə informativ xarakter daşıyır və tibbi məsləhət sayılmır. Hər hansı qərar verməzdən əvvəl mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Əvvəllər psixoloqlar da qulaqcıqların gizli təhlükəsi barədə xəbərdarlıq etmişdilər. Onların fikrincə, bu cür cihazlardan həddindən artıq istifadə ünsiyyətin azalmasına və sosial təcridə səbəb ola bilər. /Lent.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1642   Tarix: 18 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

geyim dəbləri qaşların formalari yay kolleksiyasi hamiləlikdən sonra gavalinin faydalari mədə xorası ayaqqabı və çanta kosmetika qiz burcu hakista sozler laylalar novruza aid hakisda qız bürcü