Endometrioz xəstəliyi

Endometrioz xəstəliyiXəstəlik özünü necə büruzə verir?

Endometrioz – qadınlar arasında kifayət qədər yayılmış xəstəlikdir. Xəstəlik zamanı uşaqlıq boşluğunun selikli qişası hər hansı bir səbəbdənsə boşluq daxilindən kənara olmaqla inkişaf etməyə başlayır.
Endometrioz xoşxassəli xəstəlikdir (yəni xərçəng deyil), ancaq onun digər orqanlara və toxumalara yayılması onu bədxassəli şişlər ilə oxşar edir. Endometrioz qan və limfa axarı ilə yayılır. O, bağırsaq divarına, sidik kisəsinə, sidik axarına, qarın divarına, dəriyə keçə bilər. Onun ocaqları limfatik düyünlərdə, ağ ciyərlərdə, gözlərdə və s. orqanlarda da aşkar edilə bilər. Qadınlar endometriozla əksər hallarda dolyaratma qabiliyyəti olan yaşlarda xəstələnirlər.

Bəs endometrioz özünü necə büruzə verir? Bu xəstəlik üçün xarakter əlamət ağrılardır. Ağrılar aybaşı öncəsi və aybaşı zamanı artaraq, aybaşı qurtaran kimi sakitləşirlər. Xəstəliyin ən çox rast gəlinən əlamətlərindən biri də aybaşından bir neçə gün əvvəl və bir neçə gün sonra uşaqlıq yolundan az miqdarda qan qarışıqlı ifrazatın olmasıdır. Zədələnmiş orqandan asılı olaraq qan qarışıqlı ifrazat cinsi yollardan (genital endometrioz), göbəkdən (göbəyin endometriozu), ağızdan öskürəklə (ağ ciyərlərin endometriozu) gələ bilər. Uşaqlıq zədələndiyi halda isə qadında xeyli qan ifrazı ilə ağrılı aybaşılar olur. Düz bağırsağın divarının zədələndiyi halda nəcisdə təzə qan, sidik ifrazı sistemı zədələndikdə isə aybaşı zamanı sidikdə qan qarışığı aşkar edilə bilər.

Bəzi hallarda endometrioz heç bir əlamət olmadan keçir və digər xəstəliklərə görə müayinə olunarkən təsadüfən aşkar edilir.

Endometrioz olan qadınlarda əksər hallarda anemiya (qanda hemoqlobinin azalması) inkişaf edir ki, bu da özünü ümumi zəiflik, tez yorulma, dəri və selikli qişalarda avazıma kimi əlamətlərlə büruzə verir. Əfsuslar olsun ki, endometriozu olan qadınlarda sonsuzluq da inkişaf etmiş olur.

Endometriozun inkişaf etməsi səbəbləri sona qədər müəyyən edilməmişdir. Təhlükə (risk) faktorları kimi – irsiyyət, hormonal tarazlığın pozulması, streslər, müxtəlif xəstəliklər səbəbindən immunitetin kəskin şəkildə zəifləməsi və s. qeyd edilir.

Endometriozu cərrahi və terapevtik (dərmanlarla) üsullarla müalicə edirlər. Xəstəliyin ağırlıq dərəcəsindən, əlamətlərin nə dərəcədə ifadə olunmasından, xəstənin yaşından, gələcəkdə ana olmaq istəyinin olub-olmamasından və s. səbəblərdən asılı olaraq həkim tərəfindən müalicə üsulu müəyyən edilir.

Cərrahi müalicə təyin edildiyi halda, endometriya ocaqları laparoskopik yolla xaric edilir. Xəstəliyin ağır formasında bəzən uşaqlıq və yumurtalıqları da xaric etmək zərurəti yaranır.

Cərrahi yolla müalicə təyin edilmədiyi hallarda, xəstəliyin müalicəsi xüsusi hormonal preparatların təyin edilməsi ilə aparılır.

Onu da nəzərə almaq lazımdır ki, tətbiq edilən istənilən müalicə üsulundan sonra endometrioz təkrarən yarana bilər. Beləliklə, endometrioz qadın sonsuzluğunun əsas səbəbi olarsa, müalicə başa çatan kimi qadın tərəfindən hamiləlik planlaşdırılmalıdır.

Sağlamlıq     Baxılıb: 3446   Tarix: 24 fevral 2014
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

turlar.az

sac duzumleri gozel gorunmek kosmetoloq təmizlik aciq cinsi elaqe oğlanlar necə qızları sevirlər qadinlar haqqinda maraqli melumatlar kosmetika masqalar bayatılarımızda vətən həsrəti xerceng olumu maraqli hakistalar