Enerji dəyəri aşağı, mineral və vitamin baxımından isə yüksək olan bitki

Enerji dəyəri aşağı, mineral və vitamin baxımından isə yüksək olan bitkiDarı dünya xalqları tərəfindən buğda və düyüdən sonra istifadə olunan üçüncü bitki sayılır və şərqi slavyan ölkələrində milli yemək hesab olunur.
Milli.Az bildirir ki, bəzən "qızıl dən" adlandırılan darının faydalı xüsusiyyətləri barədə AZƏRTAC-a məlumat verən həkim-fitoterapevt Fizuli Hüseynov deyib: "Darı buğda ilə müqayisədə enerji dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir. Onun tərkibi əvəzolunmaz amin turşular, mikro və makroelementlər, fol turşusu ilə zəngindir. Darının tərkibi zülal, yağ, lif, müxtəlif vitaminlər, kalium, kalsium, flor və maqneziumdan ibarətdir. Tibdə darı gücü artırmaq, möhkəmləndirici məqsədlə qəbul edilir. Darı əzələ sisteminin möhkəmlənməsinə səbəb olur. Ona görə də əməliyyat keçirmiş və ya uzun müddət xəstə olan, eləcə də sağlam arıqlamaq istəyənlərin darıdan istifadə etməsi məsləhətdir. Darı yeməkləri ilə qidalanmaq orqanizmdən antibiotik artıqlarının və toksinlərin xaric olunmasını sürətləndirir.
Zəngin tərkibinə görə beyin inkişafı, saç tökülməsi və dəri üçün də çox faydalıdır. Darı qastritdə, kolitdə, böyrək kistaları və müxtəlif mənşəli böyrək daşları və öd daşı xəstəliklərində, həmçinin şiş və şəkər xəstəlikləri zamanı istifadəsi faydalı olan dənli bitkidir. Qidalı liflərlə zəngin olan həmin liflər həzm olunmur. Bağırsaqlara düşdükdə liflər şişir və burada yığılan ziyanlı maddələri, o cümlədən toksinlər, şlaklar, ağır metalların duzları və s. özünə hopduraraq xaric edilməsinə səbəb olur. Bu isə orqanizmin təmizlənməsinə, immun sisteminin möhkəmlənməsinə, dərinin, saçların vəziyyətinin yaxşılaşmasına kömək edir".
Həkim-fitoterapevt onun bir neçə hazırlanma üsullu barədə də məlumat verib: "3 stəkan suya 1 stəkan darı tökülür, bir sutka saxlanılandan sonra blenderdən keçilərək qəbul olunur.
1 litr suya 1 stəkan darı əlavə olunaraq 15-20 dəqiqə qaynadılır və dəmləmə gündə 3 dəfə yarım stəkan qəbul edilir.
Darı yarmasından dadlı və faydalı sıyıq hazırlamaq üçün 1 stəkan darı yarması üçün 2 stəkan su və 2 stəkan süd götürülür. Əvvəl yarma yaxşı yuyulur və suda su azalana qədər bişirilir. Sonra süd əlavə olunur və hazır olana qədər bişirilir, axırda xırda duz, şəkər tozu və yağ əlavə edilir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1151   Tarix: 09 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar gözəllik məhsulları makiyaj etmek qaydalari hamilelikde qidalanma dirnaq pilkalamaq 2026 hicab həzm orqanları kosmetika toy gecesı itburnu meseller öpüşme statuslar