Epididimit

EpididimitEpididimit xaya artımının iltihabi prosesi olub, angina, qrip, pnevmoniya və başqa xəstəliklər zamanı hematogen yolla infeksiyanın xaya artımına keçməsi nəticəsində baş verir. Infeksiya xaya artımına toxumçıxarıcı axar vasitəsilə onun antiperistaltik hərəkətləri sayəsində, sidik kanalının iltihabi prosesi zamanı , həmçinin kateterin sidik kanalında uzun müddət qalması zamanı baş verir.
Klinikası:
Epididemit qəflətən başlayır, xaya artımı böyüyür, ağrı meydana çıxır. Bədən hərarəti 38-40 dərəcəyə yüksəlir. Iltihabi proses və ödem xaya qişaları və xayalığa yayılır, xaya şişir, dərisi dartınır, hamarlaşır, hiperemiyalaşır və xaya qişalarının suluğu baş verir. Ağrılar qasıq nahiyəsinə, bəzən belə, büzdümə ötürülür. Hərəkət zamanı güclənir, odur ki, xəstələr yataqda uzanmağa üstünlük verirlər. Vaxtında müalicə aparıldıqda 2-3 gün sonra ağrı və ödem azalır, bədən hərarəti normallaşır. 3-4 həftəyə kəskin epididemit tamam sorulur və iltihabın zədələdiyi yerdə çapıq birləşdirici toxuma qalır. Təsadüfən iltihabi irinliklər birləşib xaya artımının absesini meydana çıxara bilir.
Müalicəsi:  İlk növbədə xəstəyə yataq rejmi təyin olunmalıdır. Pəhrizdə kəskin və qıcıqlandırıcı qidalardan imtina olunur, çoxlu maye qəbul olunur. Xəstə suspenzoriydən istifadə etməlidir, xaya nahiyəsinə buz kisəciyi qoyulur. Xəstəliyi yaradan mikrobların təyini çətin olduğu üçün geniş spektrli antibiotiklərdən istifadə edilir , yaxud ximiopreparatlardan , ftorxinolonlardan istifadə olunur. Kəskin iltihabi proses sakitləşdikdən sonra isti-xayaya qızdırıcı kompres, diatermiya, ultrayüksək tezlikli cərəyan iltihabın tez sorulmasına kömək edir. Xaya artımında abses baş verdikdə onu cərrahi yolla işləmək lazım gəlir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1213   Tarix: 30 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

D vitamininin ziyanı üzə çıxdı

"D vitamininin lazımi testlər və həkimlə məsləhətləşmədən qəbul edilməsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər". -a istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Terapiya v

.

Çox təhlükəli VİRUS: Yeni karantin qapıda

İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir. xəbər verir ki, Böyük Britaniyanı

.

Çay və qəhvə ilə dərman içmək niyə olmaz?

Dərman vasitələrini çay, qəhvə və ya qazlı içkilərlə qəbul etmək tövsiyə edilmir. Çünki bu içkilər preparatların təsirinə mənfi təsir göstərə bilər. xəbər verir ki, bu barədə cərrah Aleksandr Umnov bildirib ki, dərman qəbu

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Qoz, badam və püstə qarşı-qarşıya: Budur ən faydalı çərəz

Mütəmadi çərəz istehlakının ürək sağlığından koqnitiv funksiyalara qədər geniş bir sahədə müsbət təsirləri olduğu elmi faktlarla sübut edilib. Bəs ən faydalı çərəz hansıdır?.  xəbər verir ki, çərəzlərdoymamış yağlar, bitk

.

Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq

Asqırmağı saxlamağa çalışmaq gözlənildiyindən daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, bu barədə uşaq anestezioloqu David Kallexo xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, asqırmaq orqanizmi

.

Mədə xərçəngi xəstələrinin 5 ortaq xüsusiyyəti aşkarlandı

Mədə xərçəngi dünyada geniş yayılmış, lakin çox vaxt gec mərhələdə aşkarlanan xəstəliklərdən biridir. 300-dən çox xəstənin məlumatları əsasında aparılan yeni təhlil bu xəstəliyə yoluxan insanların həyat tərzində ortaq xüsusiyyətlər

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

turlar.az

geyim və ayaqqabılar maskalar qadin sayti zoğalın faydaları qaşların formalari xiyarın faydaları hakista xina yaxdi kosmetika novruz bayramına aid hakışta oğlan evine aid hakisda hamilelik oglaq tut ağacı tutdudu