Ərdə olan əmisi qızı ilə gizlicə görüşdü, zorladı, sonra... - Bakıdakı DƏHŞƏT

Ərdə olan əmisi qızı ilə gizlicə görüşdü, zorladı, sonra... - Bakıdakı DƏHŞƏTBakıda 4 il əvvəl qısqanclıq zəminində qətl törədən Kürdəmir rayon sakini Asim Ağamalıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

2014-cü il noyabrın 20-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki "Vulkan" motelinin hamam otağında Sumqayıt şəhər sakini Afaq Şükürovanın meyiti tapılıb. Mərhumu qohumu - Kürdəmir rayon sakini Asim Ağamalıyevin boğaraq öldürdüyü müəyyənləşib.

Afaq Şükürova ailəli olsa da, onun öz doğma əmisi oğlu ilə də münasibətləri olub.

2014-cü ilin noyabrın 20-də gecə "Vulkan" motelində hadisə baş verən zaman Afaq Şükürova orada əmisi oğlu ilə birlikdə olub.

"Vulkan" motelinə istirahətə gələn xanımla kişi arasında mübahisə düşüb. Motel otaqlarının birində əylənən cütlüyün mübahisəsi sonda qadının faciəli ölümü ilə nəticələnib.

İlkin məlumatda qadını əyləndiyi kişinin bıçaqladığı qeyd edilsə də, sonradan bu məlumat hüquq-mühafizə orqanları tərəfindən təkzib olunub.

Əməliyyat-istintaq tədbirlərindən sonra Afaq Şükürovanın özünü asaraq intihar etdiyi versiyası irəli sürülüb.

Lakin araşdırmalar zamanı məlum olub ki, Afaq Şükürova öz doğma əmisi oğlu Asim Ağamalıyev tərəfindən orada zorlanıb. Sonra onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Asim Ağamalıyev Aşaq Şükürovanı öldürüb.

Asim Ağamalıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) və 29,149.1 (zorlamaya cəhd) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asim Ağamalıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasının ilk 3 ilini həbsxanada, 15 ilini isə ciddi rejimli cəzaçəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Asim Ağamalıyev apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsinin barəsində çıxardığı hökmün ağır olduğunu bildirib. Asim Ağamalıyev cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Asim Ağamalıyevin barəsində olan hökm dəyişdirilib.

Yeni hökmə əsasən, Asim Ağamalıyevin cəzası 16 ilə endirilib.

Bu qərardan narazı qalan Asim Ağamalıyevin vəkilləri kasasiya şikayəti verib.

Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırma aparılan zaman Asim Ağamalıyev cəza çəkdiyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsindən məhkəməyə ərizə göndərib.

Məhkum ərazisində kasasiya şikayətinə baxılmasından imtina etdiyini göstərib və xahiş edib ki, kasasiya şikayəti baxılmamış saxlanılsın.

Hakim heyəti onun istəyini nəzərə alıb və şikayət baxılmamış saxlanılıb.

mənbə: publika.az

Xəbərlər     Baxılıb: 1820   Tarix: 20 may 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geyim və ayaqqabılar toy makiyajlari toy gecesi ev dizaynlari yataq otagi otaq dizayni yumurta ile uz maskalari kosmetologiya kosmetika uşaq şeirləri yuxuda qara ilan gormek qaynanaya aid novruza aid hakista veten haqqinda atalar sozu