"Ərim leykoz olduğumu bilən kimi məni atdı" - 30 yaşlı ananın dramı

"Ərim leykoz olduğumu bilən kimi məni atdı" - 30 yaşlı ananın dramıGünel Fərhadovanın 30 yaşı var. Əslən Şuşadandır. Ailəsi ilə birgə Ağcabədidə məskunlaşıb. Birinci Qarabağ savaşında Laçın uğrunda gedən döyüşlərdə şəhid olan Nemət İsmayılovun nəvəsidir.

Gənc ana dörd ildir qan xərçəngindən əziyyət çəkir. Hazırda müalicəsini B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda davam etdirir: "Dörd il əvvəl aşkarlanıb bu xəstəlik məndə. Nəfəs ala bilmir, təngnəfəs olurdum. Diş diblərində kəskin qanaxmalar olurdu, birinci mərhələnin müalicəsi çox ağır keçdi. həkimlərin köməyi ilə ayağa qalxdım, amma yenə qayıtdı".

Günel Fərhadovanın xəstəliyinin ilkin mərhələsi övladını dünyaya gətirdikdən doqquz ay başlayıb: "Qan analizlərindən bəlli oldu ki, leykozdur. Müalicə olundum. Evdə oldum, övladıma baxdım. Mütəmadi olaraq müalicələrə gedib gəlirdim. Hər üç aydan bir yoxlanırdım".

İlk kursdan etibarən remisiya əldə olunan xəstədə dörd ildən sonra kəskin ağırlaşma baş verir: "Kəskin ağrılarım var sinəmdə və kürək hissəmdə. Özümü pis hiss edirəm, halsızlıq var. Müayinə olundum, həkim məsləhəti ilə analizlər verdim. Yenidən leykoz aşkarlandı".

Günelin 5 yaşında Nilufər adlı bir qızı var. Deyir ki, həyat yoldaşı xəstə olduğunu öyrəndikdən sonra ailəsini tərk edib. Dörd ildir nə övladı, nə də Günelin səhhəti ilə maraqlanır. 2013-cü ildən ayrılmalarına baxmayaraq, aliment də vermir: "Xəstə olduğumu öyrəndi və ayrıldıq. Heç bir dəfə də maraqlanmayıb. Övladıma anamgil baxır".

Qan xərçəngindən əziyyət çəkən Günel övladını valideynlərinin evində, xəstəliyə görə aldığı 140 manat müavinətlə dolandırır. Sağlamlığına qovuşmaq üçün isə imkanlı şəxslərdən kömək gözləyir: "İmkanlı şəxslərdən müalicəm üçün kömək istəyirəm. Köməksizəm. Övladım üçün sağalıb ayağa qalxmaq istəyirəm".

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi Mahmud Mahmudovla da görüşdük: "Ağ qan xəstəliyindən əziyyət çəkir. Tibbi terminlə desək, leykozdur. Bununla bağlı xəstənin özü də məlumatlandırılıb. Hüceyrələrin sayı az olduğu üçün təkrar sümük iliyinin analizini etməmişik. Təxminən iki həftədən sonra ortalama dövründən sonra, bəzən isə 4-6 həftə içərisində yoxlanılır. Hazırda Günelin xəstəliyinin ikinci mərhələsi üçün müəyyən preparatlar lazımdır. Səhiyyə Nazirliyi tərəfindən institutumuza verilən preparatlar kifayət etmir".

Hazırda Günel Qabil qızı Fərhadovanın adına "Kapital Bank"da hesab nömrəsi açılıb.

Günel Qabil qızı Fərhadova
Benefisiarın Bankı: Kapital Bank ASC Nərimanov Filialı
Filial kodu: 20 00 93
VÖEN: 99 0000 36 11
SWIFT kod: AHBAZ2X
Müxbir hesabı: AZ 37 NABZ 01350100000000001944
Hesab №: AZ 27 AHB 410 100 194 401 023 951 09
/// APA TV

Xəbərlər     Baxılıb: 1424   Tarix: 23 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

turlar.az

qadın geyimi kosmetika mehsullari geyim şəkilləri eroziya xesteliyi testosteron nədir yataqda balqabaq yagi kosmetika qiz evi cantalar novruz klitor zehmet ve zinet