"Ərim mənə o olmaz, bu olmaz deməsin" - Çinarə Məlikzadə - VİDEO
"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Çinarə Məlikzadə maraqlı açıqlamalar verib.
Kənardan onun sənətilə bağlı söz atanlara əhəmiyyət vermədiyini deyən müğənni yenilik tərəfdarı olduğunu diqqətə çatdırdı:
"Məndə bir xüsusiyyət var ki, təsirə düşən insan deyiləm. Kimsə məni pisləsin ki, yaxşı deyil, niyə belə oxuyub, ona əhəmiyyət vermirəm. O qədər deyiblər ki. Klipimə qədər bəyənmədiklərini söyləyiblər. Mən hörmətlə yanaşmışam. Onların fikirləri ilə həvəsdən düşməmişəm. Həmişə insanlar tənqid etdikləri musiqiyə qulaq asırlar. Nədənsə bu, belədir. Çox danışırlar, amma qulaq asırlar".
Çinarə Məlikzadə əgər yenidən evlənərsə, ailə quracağı insanın onun sənətini dəstəkləməli olduğunu xüsusi vurğuladı:
"Evlənəcəyim insan özümə dəyər versin. Özümü istəsin. Hərtərəfli mənə dəstək olsun. Sənətimə də dəstək olsun. Mənə deməsin ki, o olmaz, bu olmaz.
Çinarə Məlikzadə ilə olan geniş müsahibəni bu bazar saat 13-də "Şou məkan" verilişində izləyə bilərsiz.
Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Məşhur müğənniyə ağır itki
Koronavirusun gizli fəsadı ortaya ÇIXDI
Aşıqlar' qrupunun yaradıcısı vəfat etdi - FOTO
Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir
Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO
Riki Martin Kişinyovda konsert verəcək
Üzdəki piqment ləkələrinin bilinməyən SƏBƏBİ
Ən sağlam yumurta növü açıqlandı: Növü yoxsa bişirilmə tərzi daha önəmlidir?
Gündə 30 dəqiqə kifayətdir - 10 il daha gənc qalmağın formulu
ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi