Ərindən xəstə arvadına qarşı ağlasığmaz əməl - Balakəndəki dəhşətin təfərrüatı

Ərindən xəstə arvadına qarşı ağlasığmaz əməl - Balakəndəki dəhşətin təfərrüatıArvadına işgəncə verməkdə və qətlə yetirməkdə təqsirli bilinən Balakən rayon sakini, 1970-ci il təvəllüdlü Zeynal Çobanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Missiya.Az publika.az-a istinadən xəbər verir ki, Zeynal Çobanov alkoqoldan istifadə etmə nəticəsində yaranmış alkoqolizm xəstəliyindən əzab çəkməklə mütəmadi olaraq spirtli içkilər qəbul edib.

Alkoqoldan əziyyət çəkən Zeynal ər-arvad münasibətində olduğu arvadı Kainət Mahamaxanovaya qarşı ailəsi ilə birlikdə yaşadığı, Balakən rayonu, Poşbinə kəndində yerləşən evində mütəmadi olaraq döyüb və digər zorakı hərəkətlər edib. O, 18 sentyabr 2016-cı il tarixdə hər hansı bir əsaslı səbəb olmadan çəkdiyi siqaretin yanmış ucluğunu Kainətin sol bazu nahiyəsinə iki dəfə və sol bud nahiyəsinə bir dəfə basıb.

İşgəncə

Qadın növbəti dəfə ərinin işgəncəsinə həmin ilin oktyabrın 7-də məruz qalıb. Zeynal Çobanov oğlu Röyal Çobanovun tərbiyəsi ilə məşğul olmadığını bəhanə gətirərək Kainət Mahamaxanovanı yaşadığı evdə yumruq və təpiklə döyüb, ona müxətlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmçinin Zeynal Çobanov həmin ilin oktyabrın 15-də yataq xəstəsi olan Kainət Mahamaxanovaya fiziki ağrı və psixi iztirablar yetirib, işgəncə, əzab verməklə, onu döyüb.

Qonşuların və övladının gözü qarşsında...

Bundan başqa, Zeynal Çobanov oktyabrın 17-də, saat 20 radələrində yenidən sərxoş vəziyyətdə qonşuları – Süleyman Babayevin və onun arvadı Kəmalə Allahverdliyevanın, həmçinin övladı Röyal Çobanovun gözü qarşısında arvadı Kainət Mahamaxanovanın hansı səbəbdən adı çəkilən qonşulara döyülməsini və mütəmadi əzab-əziyyətə məruz qalması barədə məlumat verməsini bəhanə edərək ona zor tətbiq edib. O, bu şəxslərin gözü qarşısında Kainət Mahamaxanovanın yataq xəstəsi olmasına baxmayaraq, yumruqla baş nahiyəsinə bir neçə zərbə vurub. Süleyman Babayev onun qanunsuz hərəkətlərinin qarşısını alıb və qadının döyməsinə davam etdirilməsinə imkan verməyib.

Gecə yarısı dava

Süleyman Babayev arvadı Kəmalə Allahverdiyeva ilə birlikdə onlardan getdikdən sonra həmin gün saat 22 radələrində Zeynal eyni hərəkətlərini davam etdirib, yenə də azyaşlı Röyal Çobanovun gözü qarşısında heç bir əsaslı səbəb olmadan arvadı Kainət Mahamaxanovaya işgəncə və əzab verib. Onun baş nahiyəsinə xəsarətlər yetirib.

Yataqda qətl

Bundan sonra Zeynal Çobanov verdiyi əzab və işgəncələrlə də kifayətlənməyərək Kainət Mahamaxanovaya qarşı əsassız olaraq bəslədiyi nifrət hisslərinə görə onu öldürmək qərarına gəlib. Bu niyyətini həyata keçirmək məqsədilə oktyabrın 18-də, səhər saat 07 radələrində Kainət Mahamaxanovanı boğaraq öldürüb.

Zeynal Çobanov Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə əzab vermə) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəsinə göndərilib. İşə hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Oğlumun ünsiyyət saxlamasını istəməmişəm"

Təqsirləndirilən şəxs qismində ifadə verən Zeynal Çobanov ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib. O göstərib ki, mərhum Kainət Mahamaxanova ilə 1991-ci ildən qeyri-rəsmi nikahda yaşayıblar: "Arvadımla aramızda mübahisə ancaq kiçik oğlum Röyala görə olub. Röyal azyaşlı olduğu üçün ona nəzarət etməsini Kainətə tapşırsam da, Kainət çox vaxt Röyala nəzarət etməyib. Röyalın qonşunun oğlu ilə ünsiyyət saxlamasını istəməmişəm".

"Qızım anasına qulluq edib"

Zeynal Çobanovun sözlərinə görə, 2016-cı ilin payız aylarında məktəbdə dərslərin yeni başladığı vaxt Röyalı qonşunun oğlu ilə görüb, ona acıqlanmaq istəyəndə arvadı Kainət Mahamaxanova buna icazə verməyib: "Mən də həmin vaxt Kainətin üzünə şillə vurmuşam. Kainət öldüyü gündən əvvəl diş nahiyəsindəki ağrılardan əziyyət çəkib, onun yüksək dərəcədə temperaturu olub. Qızım Şəhla anası Kainətə qulluq edib. Kainəti xəstəxanaya həkim-stomotoluqun yanına aparmışam. Həkim Kainətin dişləri xarab olduğu üçün temperaturunun olduğunu bildirib və Kainətə müalicəsi üçün dərmanlar yazıb. Həkim Kainəti bir neçə gündən sonra yenidən xəstəxanaya gətirməyimi tapşırıb. Biz xəstəxanadan çıxdıqdan sonra həkimin Kainət Mahamaxanova üçün yazdığı dərmanları almışam".

"Kainətin öldüyünü bildirdilər"

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 18-də Kainəti yenidən həkim-stomotoluqun yanına aparacağı gün səhər saatlarında onu yuxudan oyadıb: "Ona Röyalın məktəbə gecikəcəyini bildirdim. Həmin vaxt Kainət də yerindən qalxaraq sobanı yandırdı. Mən isə Röyalı yuxudan oyatdım. Röyalın paltarlarını almaq üçün o biri otağa keçən zaman səs eşitdim. Otağa baxanda Kainətin yıxıldığını gördüm. Kainəti yerdən qaldıraraq çarpayıya qoydum. Röyal anası üçün cəld su gətirdi. Qardaşı arvadı Minayəni evə çağırdıq. Qardaşıma zəng etdim, daha sonra isə təcili tibbi yardım xidmətinə zəng edərək arvadımın vəziyyətin yaxşı olmadığını və yaşadığım evə gəlmələrini xahiş etdim. Təcili tibbi yardım xidmətinin həkimləri evə gəldilər. Müyainə zamanı Kainətin öldüyünü bildirdilər".

"Arvadıma işgəncə verməmişəm"

Zeynal Çobanov qeyd edib ki, daha sonra evə polis şöbəsindən və prokurorluqdan əməkdaşlar gəlib: "Onlar Kainət Mahamaxanovanı öldürdüyümü eşitdiklərini bildirərək, məni polis şöbəsinə aparıdlar. Polis şöbəsində hadisəni olduğu kimi danışmışam. Arvadımı öldürmədiyimi və ona xəsarətlər yetirmədiyimi bildirdim. Kainəti döyməmişəm, ona işgəncə verməmişəm. Meşədən odun gətirdiyim vaxt odunları avtomobilə yığan zaman oğlumun atdığı odunun Kainətə dəyib. Bunun üçün Kainətin bədənində xəsarətlər yaranıb. Payız aylarında da lobya parnikləri üçün istifadə etdiyimiz ipləri sökərək yandırdığımız vaxt həmin yanan iplərin ucları Kainətə dəyib, bunun üçün onun bədənində yanıq izləri olub.

"Anamı atamın öldürdüyünü dedilər"

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Şəhla İbrahimova bildirib ki, oktyabrın 14-də Beyləqan rayonuna gedib: "Hadisə olan günü, yəni oktyabrın 18-də atam Zeynal zəng edərək anamın öldüyünü bildirdi. Həmin gün Beylaqan rayonundan yaşadığım Balakən rayonu Poştbinə kəndinə qayıtdım. Evə çatanda atamın evdə olmadığını gördüm. Atamın polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını bildim. Sonra anamın ölümü ilə maraqlandım. Bu zaman anamın atam tərəfindən öldürüldüyünü dedilər".

Şəhla İbrahimova bildirib ki, atası Zeynal Çobanovla anası Kainət Mahamaxanovanın arasında heç bir əsaslı səbəb olmadan tez-tez münaqişələr yaşanıb, Zeynal Çobanovun müxtəlif vaxtlarda Kainət Mahamaxanovanı döyüb, onun bədəninə təpiklə zərbələr endirdiyinin şahidi olub.

18 il cəza

Məhkəmənin hökmü ilə Zeynal Çobanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zeynal Çobanov apelyasiya şikayəti verib. O, işinə yenidən baxılmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.

Zeynal Çobanovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Zeynal Çobanovun şikayəti təmin olunmayıb.

Xəbərlər     Baxılıb: 1673   Tarix: 25 oktyabr 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Heç cür idmana başlaya bilməyənlər üçün üsullar

Tənbəllik etmək çox normaldır, xüsusilə idmana başlayanda demək olar ki, hamımızın keçdiyi bir mərhələdir. Amma yaxşı xəbər odur ki, doğru yanaşma ilə bu tənbəllik hissini aşa bilərsən. Gəlin addım-addım baxaq, necə başlayasa

.

Nəmləndirici kremin içinə 1 damcı əlavə edin: dəriniz uşaq kimi olacaq

Xüsusilə quru dəriyə sahib olanlar üçün nəmləndirici kremlər gündəlik dəri baxımının əvəzolunmaz hissəsinə çevrilib. Bu kremlərin təsirini artırmaq üçün onların tərkibinə əlavə edilən yalnız 1 damcı təbii yağ, gözlənilmə

.

Uzunömürlülük üçün yeyilməli olan 10 BALIQ NÖVÜ

Balıq zülal, omega-3 yağ turşuları və vitaminlərlə zəngin ən faydalı qidalar arasındadır. Lakin bütün balıqlar sağlamlıq baxımından eyni dərəcədə faydalı deyil. Today nəşrinin məlumatına görə, bu balıq növləri ürək sağlamlığın

.

"Şüşə dəri" üçün bir qəpik də xərcləməyə gərək yoxdur - Sadə üsul

"TikTok"da 2,8 milyondan çox baxış toplayan "şüşə dəri" tendensiyası Koreya gözəllik mədəniyyətindən yaranıb və indi qlobal bir fenomenə çevrilib. . Şüşə dəri, adından da göründüyü kimi, demək olar ki

.

Cərrah 20 sm aləti xəstənin qarnında yaddan çıxartdı

Fransada özəl xəstəxanada cərrah kişinin bədənində tibb aləti unudub. xəbər verir ki, qarın nahiyəsindən əməliyyat olunan şəxs həkim məsuliyyətsizliyinə görə, qarnında 20 sm uzunluğunda tibbi alətin unudulduğunu öyrənib

.

Döyməsi olanlara bəd xəbər - Ölümünüzə səbəb ola bilər

Danimarka və Finlandiyadan olan tədqiqatçılar döymə (tatuaj) ilə xərçəng arasında illərdir davam edən müzakirəyə dair yeni elmi nəticələr açıqlayıblar. xəbər verir ki, araşdırma çərçivəsində 2367 əkiz bacı üzərində aparıla

.

MRT və KT ilə bağlı yenilik – Ödənişlər dəyişdi

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Dəyişikliyə əsasən, sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan

.

Bəhməzin içinə 1 qaşıq əlavə edin - Möcüzəvi faydanı görün

Sağlamlıq üçün faydalı olan bir çox təbii məhsullar arasında bəhməzin xüsusi yeri var. Amma onun təsirini qat-qat artıran bir qarışıq var ki, bu da soyuqdəymə, öskürək, balğam və zəif immunitetə qarşı əsl təbii müdafiə vasitəsidir

.

Çia toxumlarındakı ölümcül təhlükə - XƏBƏRDARLIQ

Son illərdə super qidalar arasında ulduza çevrilən çia toxumları lif, zülal, omeqa-3 yağ turşuları və antioksidantlarla zəngin olması səbəbilə insanlar arasında böyük maraq doğurub. Lakin amerikalı qastroenteroloq Dr. Coze

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az gözəllik məhsulları makiyaj instagram yemek reseptleri qadin dunyasi kulinariya vaginal quruluq hamilə qadın gözəl geyimlər sağlamlıq kokelmek vətənə aid atalar sözləri sağlamlığın sirleri veten haqqinda atalar sozleri