Əriniz xəyanət edibsə... Qadınlara MƏSLƏHƏT

Əriniz xəyanət edibsə... Qadınlara MƏSLƏHƏTXəyanətə uğradığınızı öyrənəndə nə edərdiniz? Sizcə, getmək çətin olar, qalmaq, yoxsa ona yenidən güvənmək?

Xəyanət günümüzdə cütlüklər arasında yaşanan ən əsas problemlərdən biridir. Bir-birini sevən, çox xoşbəxt olan insanlar evlənib ailə olurlar. Ancaq zamanla insanlar dəyişir, aradan keçən illər həyata baxışı dəyişdirib sevgini də alıb götürə bilər.

Münasibətətlərin çoxu xəyanətin təsirindən al-üst olur. Xəyanət yaşayan qadınlar isə çox böyük travma yaşayır. Bəs xəyanətə uğrayan qadın nələr yaşayar, nə hiss keçirir?

"Yuvanı qoru": Münasibətdə sədaqətsizliklə qarşılaşan bir qadının açıq, ya basdırılmış bir şəkildə qəzəb, depressiya yaşaması ehtimalı böyükdür. Ətrafdan gələn təzyiqlər də ruh halına artıq dərəcədə təsir edir. Qadının ailəsi "ailəni qoru", yaxud "boşan", - deyərək təzyiq göstərir. Halbuki neçə il bütün həyatınızı bölüşdüyünüz birini bir göz qırpımında buraxıb getmək o qədər də asan deyil. Onun sizə xəyanət etməsi asan olsa belə!

Sakitləşməyi gözləyin: Xəyanət yaşayanda evliliyinizi davam etdirmək istəyə bilərsiz. Ancaq unutmayın ki, əgər ərinizlə o üçüncü şəxs arasında hansısa duyğusal bir bağ varsa, onları uzaqlaşdırmaq sizə çətin olacaq. Ümumiyyətlə, maddi baxımdan sərbəst olmayan, uşaqları olan bir qadın üçün boşanmaq o qədər də asan deyil. Psixoloqlar, ailə mütəxəssisləri də qərar vermədən əvvəl bir az sakitləşməyi məsləhət görür. Yoxsa hirsli başla kor-koranə verdiyiniz qərardan sonra peşman ola bilərsiz.

Öz qərarınızı özünüz verin: Aldadılan qadının yaşadıqlarını ailəsi, dostları ilə bölüşməsi normaldır. Ancaq vacib olan son qərarın insanın özünün verməsidir. Ailə və dostlar yaxşı dinləyici ola bilərlər, üstəlik ağıl da verə bilərlər. "Bir gecəlik şeydir", - deyib sizi boşanmaqdan daşındırmaq istəyə bilərlər. Ancaq bunun sizin üçün nə olduğunu özünüz daha yaxşı anlaya bilərsiz.

Münasibətinizi sorğulayın: Xəyanət sonrası ən düzgün addım sevgilinizlə bir-birinizi deyil, xəyanəti problem kimi görmənizdir. Xəyanət əslində münasibətin xəstəliyidir. Bir də təbii ki, qırılan, incidilən mənliyiniz! Bütün bunları göz önündə tutaraq münasibətinizi davam edib-etməmək kimi səbəblərinizin olub-olmadığını sorğulayın. Ona necə güvənə bilərsiz? Münasibətinizi bitirib-bitirməmə qərarı əslində duyğularınızdan çox düşüncələrinizə və inanclarınıza bağlıdır. Onu hələ də sevə bilərsiz. Ayrılığı, boşanmağı düşünməyə bilərsiz. Ancaq münasibətinizə cinsəllik girdiyindən duyğusal olaraq qaldığınız yerdən davam etmək mümkündürmü?

Cinsəllik problem olduğundan hər şey normalmış kimi davam edib, cinsi həyatınızı geri ataraq bir müddət qucaqlaşma kimi yaxınlıqlara yer verin. Bununla aradakı soyuqluğunuzu həll edə bilərsiz.

Bu problemləri düşünüb sizi, həm də onu üzən problemlərin həlli üçün fürsət tapa bilərsiz.

Psixoloqdan kömək almanız da faydalı olacaq.

Ailə və Uşaq     Baxılıb: 3362   Tarix: 26 oktyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Ana südü - dağ çiçəyi

Ana südünün tərkibinə və faydalarına olan marağım qədim Azərbaycanda ana südünə verilən önəm və  adətləri araşdırmağa sövq etdi. Çоx qədimdən ana südü uşağın bəslənməsində əsas vasitə hеsab еdilmişdir. İslam dinində uşağı

turlar.az

makiyaj etmek qaydalari gözəllik məhsulları sade makiyaj sekilleri sepgilere qarsi maska qızlıq pərdəsi necə açılır dişlər testosteron nədir kosmetika faydalı maskalar uzeyir hacibeyli məsəllər veten haqqinda atalar sozleri tərəzi