Ermənilər Talışa qayıtmaq üçün könüllü dəstələr yaradır - "Komandos" açıqladı

Erməni könüllülər faktiki olaraq Azərbaycan ordusunun nəzarətdə saxladığı Ağdərə rayonunun Talış kəndi yaxınlığında yeni yaşayış məntəqəsi tikmək istəyirlər.

Missiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə "komandos" ləqəbli general-mayor Arkadi Ter-Tadevosyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, "Yeni Talışın" əsasını qoymaq üçün könüllülərlə birlikdə Müdafiə Nazirliyinə müraciət edəcəklər.

"Bir sıra keçmiş hərbçilər və komandanlar Talışda xidmət etmək istəyir. Hərbçilər Talişın bərpa edilməsi üçün Müdafiə Nazirliyindən onlara icazə verməsini xahiş edir. Buna dövlət səviyyəsində vaxt və icazə lazımdır".

"Komandos" bu günlərdə görüləcək işlərlə bağlı Talış kəndinin ictimai təşkilatının formalaşdırıldığını deyib.

"Həmçinin yaxın günlərdə rəsmi bəyanatla çıxış edəcəyik.Yeni könüllülər yığmaq fikirmiz var. Bir çox könüllülər gəlirlər. Onlar yeni kəndlərin və "Yeni Talışın" əsasını qoymaq istəyirlər".

Arkadi Ter-Tadevosyan - "komandos" ləqəbli general-mayor

Aprel döyüşlərindən sonra Ağdərə rayonunun Talış kəndi demək olar ki, Azərbaycan ordusunun nəzarətinə keçib. Ordumuz kəndin ərazisini asanlıqla müşahidə edə bilir. Ona görə də aprel döyüşləri zamanı kəndən qaçan erməni ailələr evlərinə dönməyə qorxurlar.

Aprel döyüşləri zamanı azad olunan ərazilər (xəritənin üzərinə tıkladığınız zaman işğaldan azad olunan torpaqların ardıcıllığı ilə tanış ola biləcəksiniz)

Talış kəndindən qaçan ailələrin bir hissəsinə Ağdərənin Alaşan kəndində 20 yeni ev ayrılıb. Lakin Talış erməniləri bundan imtina edir və bildirirlər ki, kəndin yuxarısındakı yüksəkliklərin Azərbaycan ordusunun nəzarətində olduğu müddətdə geri qayıtmayacaqlar.

Dağlıq Qarabağın "təhlükəsizlik şurasının" katibi, general Vitali Balasanyan isə deyib ki, təmas xətti boyu "modernləşdirilmiş müdafiə xətti" Talış kəndinin təhlükəsizliyini "yüksək səviyyədə təmin etməyə" imkan verir. "Mən xalqımızı əmin edirəm ki, Talışın təhlükəsizliyi məsələsində narahatlıq yoxdur"-Balasanyan erməniləri kəndə qayıtmağa dəvət edərək deyib. O, Talış kəndinin statusunun dəyişdiriləcəyini və rayona çevriləcəyini də bildirir.
Ermənilər Talışa qayıtmaq üçün könüllü dəstələr yaradır - "Komandos" açıqladıErmənilər Talışa qayıtmaq üçün könüllü dəstələr yaradır - "Komandos" açıqladıErmənilər Talışa qayıtmaq üçün könüllü dəstələr yaradır - "Komandos" açıqladı

Xəbərlər     Baxılıb: 1626   Tarix: 10 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Bu meyvə C vitamini ilə zəngindir: Limon və portağal deyil

Jujube (hünnap) yüksək C vitamini tərkibi ilə limon və portağalı geridə qoya bilər. Uzaq Şərq təbabətində uzun illərdir istifadə olunan bu meyvənin immunitet sistemini gücləndirdiyi bildirilir. xəbər verir ki, mütəxəssisləri

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?

"Ev heyvanları bəzi insanlarda allergiya riskini artıra bilər". xəbər verir ki, bnunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərin

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş

Azərbaycan mətbəxində içalat arasında qaraciyər və böyrək qədər məşhur olmasa da, dana dalağı əslində qida dəyəri baxımından ən zəngin ət məhsullarından biri hesab olunur. Çox vaxt süfrələrdə diqqətdən kənarda qalan bu qid

turlar.az

maskalar geyim və ayaqqabılar gelinlikler dolça bürcü qulliverin səyahəti içkilər kök suyu kosmetika intim munasibetler aysel oğlan evine aid hakisda qiz evi haxista bayatılar