Ermənilərin yaraladığı Ağdam rayon sakininin vəziyyəti ağırdır

Ermənilərin yaraladığı Ağdam rayon sakininin vəziyyəti ağırdırDüşmənin hərbi təxribatı nəticəsində Ağdam rayonunun Mirəşelli kənd sakini 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, yaralının anası Sahibə xanım bildirib ki, oğlu ilə birgə kənd yolunda gedərkən düşmənin hədəfinə tuş gəliblər: "Mərmi 10 metr yanımıza düşdü. Toz-dumandan bir-birimizi görmədik. Sonra gördüm ki, oğlum qolundan və qarnından yaralanıb. O anda nə edəcəyimi bilmədim. Qonşuların köməyi ilə oğlum təcili Ağdam rayon xəstəxanasına çatdırıldı. İndi həkimlərin nəzarətindədir".
Xəstəxanadan verilən məlunmata görə, Eşqin Allahyarov qarın boşluğundan keçən və qolundan aldığı qəlpə yaraları ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyata götürülüb, qəlpələr çıxarılıb, hazırda vəziyyəti ağırdır.
Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonlarının bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib.
Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1328   Tarix: 27 sentyabr 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

100 yaşlı Hollivud aktyoru uzunömürlülüyünün sirrini AÇIQLADI - FOTO

Dekabrda 100 yaşı tamam olan məşhur amerikalı aktyor və komik Dik Van Dayk uzunömürlülüyünün əsas sirrini açıqlayıb. . xəbər verir ki, o, həyata pozitiv baxmağın və heç vaxt kin saxlamamağın onu gümrah saxladığını bildirib

.

Qatıq yeməyin də saatı varmış: Faydası qat-qat artır

Qatıq istehlakının faydası yalnız onun tərkibindən deyil, həm də nə vaxt yeyildiyindən asılıdır. Araşdırmalar göstərir ki, düzgün zamanda yeyilən qatıq həzmdən enerjiyə qədər bədəndə mühüm fərqlər yaradır.  xəbər verir ki

.

Yemək yeyəndə etdiyimiz bu səhv ürəyi MƏHV EDİR

Hazır yeməklərə əlavə duz qatmaq sağlamlıq üçün ciddi təhlükələr yarada bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, artıq duz istifadəsi ürək-damar sisteminə ciddi ziyan vurur. Gündəlik ehtiyacdan artıq du

.

Mətbəxdəki gizli təhlükə: Vücuda daxil olduqda böyrəkləri sıradan çıxarır - FOTO

Evdə yemək hazırlayarkən gigiyena və sağlamlıq qaydalarına ciddi əməl etmək lazımdır. Mətbəxlərdə estetik görünüşünə görə üstünlük verdiyimiz bəzi məhsullar sağlamlığımıza ciddi zərər vura bilər. Məlum olub ki, bəzi "təbii"

.

Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq

Asqırmağı saxlamağa çalışmaq gözlənildiyindən daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, bu barədə uşaq anestezioloqu David Kallexo xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, asqırmaq orqanizmi

.

40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar

Böyrəklərin bahalı əlavə preparatlara deyil, düzgün seçilmiş gündəlik qidalara ehtiyacı var. 40 yaşdan sonra böyrək funksiyaları gecə sidiyə çıxma və yorğunluq kimi xırda əlamətlərlə fərq edilmədən azala bilər. Dietoloqları

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

Yuxudan oyanan kimi bunları edin

Mütəxəssislərin fikrincə, canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. xəbər verir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizin fəaliyyətin

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

turlar.az

yemek reseptleri geyim seçimi gelinlikler bu ilin cantalari saclarin horulmesi testlər valideyne aid statuslar kosmetika webnem tovuzlu uzeyir yutube toy gecesi namiq qaraçuxurlu