Eroziya yandırılmalıdırmı? - Azərbaycanda dəbdə olan prosedur xaricdə yoxdur

Eroziya yandırılmalıdırmı? - Azərbaycanda dəbdə olan prosedur xaricdə yoxdurAzərbaycanda hər 100 qadından az qala 50-də tapılan uşaqlıq boynu, yolunun eroziyası kimi xəstəlik yandırılmaqla müalicə edilir. Qadının uşaqlıq boynunda istənilən qızarma, qişada dəyişiklik, rəng ginekoloqu dərhal eroziyadan şübhələndirir və çoxu pasiyenti qorxudur: " Səndə eroziya var, gəl əvvəl müalicə edək, düzəlməsə yandırarıq". Qadın isə qorxur: axı niyə məndə bu yaranıb? Yandırmaq qorxulu deyil ki?
Milli.Az bildirir ki, medicina.az-ın araşdırmalarına görə, əslində dünyanın sivil ölkələrində ginekoloqun tapdığı hər simptomu müalicə etməyə gərək yoxdur. Həmçinin o ölkələrdə eroziyanın yandırılması kimi müalicə üsulu yoxdur, olsa da nadir halda tətbiq olunur.
Eroziya məsələsi Rusiya və MDB dövlətlərinin səhiyyəsində daha dəbdədir, indiyə kimi də davam edən yanlış diaqnoz və müalicəsi ilə Avropa və Amerika həkimlərinin təəccübünə səbəb olur.
Uşaqlıq boynu eroziyasına dünyada 2 halda toxunulur: əgər üzdə damarlar varsa və əlaqə zamanı qanaxma verirsə. Bu halda eroziya yandırılır.
İkinci halda, epiteliy qatları çox soyulur və qadın ağ axıntı və selikdən şikayətlənir.
Qalan bütün hallarda eroziya aşkar olunarsa, uşaqlıq boynunun sitoloji analizi aparılır və pasiyentin bu vəziyyəti izlənilir.
Hamıya hər halda eroziya yandırılması təyin etmək olmaz. Bunu demək olar bütün həkimlər bilir. Amma yenə də klinikaların illik pul gəliri dövriyyəsində eroziyanın müalicəsi və yandırılmasından əldə edilən gəlirin miqdarı artır ki, artır.
İkinci əsassız müalicə ureoplazma və mikoplazmanın müalicəsidir. Bu mikroorqanizmlər tranzitorlardır, demək olar bütün insanların cinsiyyət yollarında yaşayır. Onlar ciddi təhlükəli deyil, deyildiyi kimi, sonsuzluğa səbəb olmur. Ağırlaşmalarına da rast gəlinmir.
Eləcə də uşaqlıq boynunda xırda səpki kimi kistləri də açıb əməliyyat etməyə meyillidirlər. Yəni harda kist gördülər, çıxardaq, təhlükəlidir mifi var. Uşaqlıq boynu kistləri xəstəlik deyil, sadəcə vəziyyətdir.
Odur ki, əgər sizdə eroziya tapıb, yandırmağı məsləhət görürlərsə, düşünün və yaxşı olar, ginekoloqunuzu dəyişib, daha modern, müasir protokollarla işləyən həkim tapın. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2079   Tarix: 22 mart 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

turlar.az

geyim dəbləri həkim məsləhəti kosmetoloq kısa saç düzümləri qizilgul haqqinda melumat süfrə mədəniyyəti tarixdə iz qoyanlar kosmetika hakiwda sirin qogal vetene aid atalar sozu novruz bayramina aid hakisdalar kurtlar vadisi