"Əsas odur, düz yolda öləsən" - Aprel şəhidinin ÜRƏK DAĞLAYAN son sözləri öz səsindən - VİDEO

"Əsas odur, düz yolda öləsən" - Aprel şəhidinin ÜRƏK DAĞLAYAN son sözləri öz səsindən - VİDEOQaqaş, mənim işim-gücüm Vətənə xidmət eləməkdir də. Bunu yaxşı bilirsən ki. Əvvəldən axıra kimi mən də bu həyatı, bu yolu seçmişəm də.

Xanim.az apa.tv-ə istinadən xəbər verir ki, aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzov 1986-cı il sentyabrın 5-də Xızı rayonunda dünyaya gəlib. Onun hərbçi olmaq istəyi hələ orta məktəb illərindən yaranıb. Bu da təsadüfi olmayıb. Ravilin babası Mirzə Novruzov İkinci Dünya müharibəsinin, bir əmisi Əfqanıstan müharibəsinin, digər əmisi isə birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Atası Elman Novruzov deyir ki, Ravil uşaqlıqdan hərbçi olmaq arzusu ilə böyüyüb: "Həmişə deyirdi, mən böyüyəndə hərbçi olacağam, böyüyəndə torpaqlarımızı işğaldan azad edəcəyəm. Həvəskar idi, deyirdi, niyə mən də hərbçi olmayım".

2004-cü ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Ravil geri qayıtdıqdan sonra yenidən Vətənə xidmət etmək üçün Xızı rayon Hərbi Komissarlığına müraciət edir və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmətə başlayır.

Şəhidin orta məktəb müəllimi, onun haqqında yazılan "Burda bir igid ölüb" kitabının müəllifi Aydın Baybəyim Ravilin hərbiyə xüsusi marağının olmasının onun bütün həyatına təsir etdiyini deyir: "O vaxtlar da hiss olunurdu ki, onun iradəsi, nəyəsə həvəsi var, xüsusilə də hərbiyə. Hərbiyə aid şeirlər keçəndə onu xüsusi əzbərləyirdi. Hiss olunurdu ki, uşağın daxilində nəsə bir şey oturub, o da nə vaxtsa büruzə verəcək və verdi. Bütün hərəkətləri onu sonda sözün həqiqi mənasına igid, qəhrəman elədi".

Anası Nargilə Novruzova oğlu ilə son görüşünü belə xatırlayır: "Novruz bayramında evdə idi. Ayın 28-i gəldi evə, mənə dedi, çantamı yığ, gedəcəyəm. 3-4 günlük burda olmayacağam. Dedi, kursa gedirik. Axırıncı dəfə o gedən getdi. O, hərbini sevirdi, böyük marağı var idi. Çünki göz açıb hərbçi ailəsində anadan olmuşdu. Hərbi formanı əyninə geyinəndə fəxrlə dayanırdı. İş yoldaşları, komandirləri arasında böyük hörmət qazanmışdı. Müdafiə Nazirliyi tərəfindən 5 dəfə mükafatlandırılıb".

"Yaxşı olacaq. Əsas odur düz yolda öləsən. Onsuz da haçansa öləcəyik də". Bu sözləri Ravil öz dostuna yazıb. Onun ən böyük arzusu isə Azərbaycan bayrağını Kəlbəcərdə dalğalandırmaq olub. Qardaşı Mirzə Ravilin bu arzusunu yerinə yetirmək üçün döyüşməyə hazır olduğunu deyir: "Şəhidlik böyük bir zirvədir, hər adama qismət olmur. Ravilin timsalında bütün şəhidlərin qisasını almağa hazırıq".

Qeyd edək ki, aprel döyüşləri zamanı şəhid olan Ravil Novruzov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Xəbərlər     Baxılıb: 1842   Tarix: 18 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək

Onkoloq Anastasiya Kosyakova pəncərə açıq vəziyyətdə maşın sürməyin ciddi sağlamlıq riski yaratdığını izah edib. -a istinadən xəbər verir ki, o, sürücülərin mütəmadi olaraq işlənmiş qazlara məruz qaldığını və bunun bir ço

.

Bu məşq yuxuya getməyinizə kömək edəcək

Yaponiyada tətbiq olunan və ilk baxışdan qəribə görünən bir məşqin yuxuya daha tez getməyə kömək edə biləcəyi bildirilir. Mütəxəssislərin sözlərinə görə, tarakan metodu kimi tanınan bu üsulun arxasında elmi əsaslandırma dayanır

.

Soyuducunuzda varsa, ölüm saçır

Süd, yumurta, pendir, kolbasa, eləcə də bişmiş yeməklərin düzgün saxlanılmaması ciddi sağlamlıq riskləri yarada bilər. -a istinadən bildirir ki, mütəxəssislərin tövsiyələrinə əsasən, mətbəxdə və soyuducuda tez-tez rast gəlinə

.

Dünəndən qalan çayı içmək olar?

Çay dünyada ən çox istifadə olunan içkilərdən biridir. Bəzən dəmlənmiş çay süfrədə saatlarla qalır, hətta ertəsi gün yenidən içilir. Bunun sağlamlıq üçün nə dərəcədə təhlükəli olması ilə bağlı isə müxtəlif iddialar yayılır

.

Maşında ürəkbulanmanın yaranma səbəbi

Xalq arasında "maşın tutması" kimi tanınan hərəkət xəstəliyi səyahət zamanı ürəkbulanma, başgicəllənmə, qusma, soyuq tər və baş ağrısı kimi əlamətlərlə özünü göstərə bilər. -a istinadən xəbər verir ki, bu hal daxil

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

turlar.az

toy makiyaji sekilleri hamilelikde qidalanma geyim dəbləri statuslar arıqlamaq üçün çaylar boyun osteoxondrozu kesmikli koke kosmetika arxadan olmaq novruz bayramına aid hakıştalar lakonizm aslan azərbaycan