Əsgərimizin anasına yazdığı məktub hər kəsi AĞLATDI: "Səndən halallıq istədim..."

Əsgərimizin anasına yazdığı məktub hər kəsi AĞLATDI: "Səndən halallıq istədim..."Xanim.az "Azərbaycan Ordusu" qəzetinə istinadən Azərbaycan əsgərinin ailəsinə məktubunu təqdim edir:

"Salam ana, necəsən? Atam necədir? Bilirəm, bu sətirləri oxuduqca gözlərin dolacaq. Bəlkə də kənara çəkilib səssizcə oxuyacaqsan. Həyətimizdəki üzüm çardağının altında oturub oxuyacaqsan, məncə. Bilirəm ki, oranı çox sevirsən. Həmişə evə qonaq gələndə o çardağda samovar çayı içərdik. Məndən ötrü narahat olma, əziz anam, mən yaxşıyam. Sənin ürəyin rahat olsun deyə yalandan demirəm. Həqiqətən, burada hər şey yaxşıdır. Yeməyim, geyimim, yataq yerim - hamısı qaydasındadır. Sağ olsun komandirlərimiz, valideyn kimi qayğımıza qalırlar. Düzdür, bura döyüş postudur, şəhərin mərkəzindən kilometrlərlə uzaqda düşmənlə təmas xəttindəyik, amma hər cür şəraitlə təmin olunmuşuq. Dadlı yeməklərlə qidalanır, rahat şəraitdə xidmət edirik. Bir sözlə, yüksək məişət şəraiti ilə təmin olunmuşuq. Üzərimizə bircə vəzifə düşür, Ana Vətəni göz bəbəyi kimi qorumaq. Torpaqlarımıza göz dikən mənfur qonşular tez-tez atəşkəsi pozurlar. Lakin onları dərhal cavab atəşi ilə susdururuq. Biz düşməndən qat-qat güclüyük, ana. Həm silah və texnikamız güclüdür, həm də vətənpərvərliyimiz.

Məni əsgərliyə yola saldığın günü xatırlayırsan, ana? Sanki bir toy-bayram havası var idi həyətimizdə. Qohum-qonşu, dostlarım - hər kəs ətrafıma toplaşmışdı. Ora toplaşanların "Allah Azərbaycan əsgərini qorusun" duaları səmaya ucalırdı. Hələ sənin gözlərin dolmuşdu sevincindən. Lakin o göz yaşlarında qorxu hiss etmədim. Çünki həmin gün oğlunu şanlı Azərbaycan Ordusuna əmanət edirdin. Sənin əllərindən, üzündən öpüb, səni çox sevdiyimi deyərək halallıq istədim. Vətənimizi qarşılıqsız sevməyi, onun üçün canımı fəda etməyə hazır olmağı sən öyrətmisən mənə. "Oğlum, mən səni bu Vətən üçün böyütmüşəm" söyləyərək, məni əsgəri xidmətə yola saldın. Deyirdin ki, Vətən borcu, namus borcudur. "Xidmətində möhkəm ol. Əsla qorxma. Döyüşə atılmaqdan, Vətən üçün şəhid olmaqdan qorxma", - dedin.

Qürurla başını uca tuta bilərsən, ana. Oğlun döyüş postunda düşmən qarşısında dayanıb. Vətənimə layiqli əsgər olmaq üçün əlimdən gələni edirəm. Bilirəm, ana, indi də üzünü Allaha tutub bizə dua edirsən. Yanağına süzülən göz yaşlarını əlinin tərsi ilə silib, məktubu oxumağa davam edirsən. Narahat olma, ana, bizlər əmin əllərdəyik. Ana Vətənimizi qoruyuruq. Mənim üçün darıxanda göy üzünə bax, ucsuz-bucaqsız səmanı fikirləş, bərəkətli torpaqlarımızı, gurhagur axan çaylarımızı, dağlarımızı, meşələrimizi, düzənliklərimizi fikirləş. Körpəsinə layla deyən anaları, sürüsünü otlağa aparan çobanları, zəhmətə bağlı insanları düşün. Biz onlar üçün buradayıq. Sənin üçün, bacılar, qardaşlar, atalar üçün. Dünyaya gələcək yeni körpələr üçün, xalq üçün, torpaq üçün, azadlığımız üçün, Vətən üçün buradayıq.

Ana, Əli əmim necədir? Salam söylə. Allah mənə də qismət eləsin onun kimi Qarabağ uğrunda döyüşməyi. Ata-baba torpaqlarımızı işğaldan azad edib, xalqımıza böyük qələbənin sevincini yaşatmaq üçün, hər an döyüş əmri gözləyirik. Dost-tanışa çoxlu salam söylə. Özünə yaxşı bax, ana. Allaha əmanət olun".

Əsgər Ruslan MEHTİLİ, "N" hərbi hissəsi

BiG.AZ

Xəbərlər     Baxılıb: 1714   Tarix: 15 iyun 2017
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

geyim necə seçməli yay kolleksiyasi qadin dunyasi fantaziya baliq qulagi dan el isleri gözəllik ciy kartofun faydasi kosmetika gəncə novruz hakisdalari intim masturbasiya bayati