Əsgərlikdən gəlib sevgilisini aldatdı, zorladı: BAKIDA BİABIRÇI OLAY

Əsgərlikdən gəlib sevgilisini aldatdı, zorladı: BAKIDA BİABIRÇI OLAYBakıda sevdiyi qıza təcavüz etməkdə təqsirli bilinən Laçın rayon sakini, 1995-ci il təvəllüdlü Emin Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E.Alıyevin ailəsi 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüblər və Yasamal rayonunda "Qanlıgöl" yaşayış massivi, yeni məhəllədə məcburi köçkün kimi məskunlaşıblar.
1995-ci ildə anadan olan Emin yetkinlik yaşına çatandan sonra Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik çavuş rütbəsində xidmət etməyə başlayıb. O, xidmətdə olduğu müddətdə məzuniyyətə gəlib və elə məzuniyyətdə olduğu zaman da sevgilisinə təcavüz edib.

Sevgi münasibəti

O, tanışı, 1999-cu il təvəllüdlü Samirə Məlikovanı (ad və soyad şərti verilib – red.) sevdiyinə inandırıb. Qızın yaşadığı ünvana gəlib.
Orada aralarında olan münasibətlər barədə onunla söhbət etmək niyyətində olduğunu bildirib. Bəhanə gətirib ki, ətrafda olan insanların onları görməsini istəmir. Beləcə, Samirəni aldadıb və onu heç kəsin olmadığı hündürmərtəbli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dəvət edib.

Zorakılıq

Samirə də Eminin sevgi münasibətinə inanıb və onun dəvəti ilə həmin yerə gedib. Orada Emin qızı qucaqlayaraq zorakılıq göstərib.
Samirə oradan qaçmaq istəyib, ona müqavimət göstərib və qışqıraraq köməyə adam çağırıb.

Zorlama

Buna baxmayaraq, Emin qızın hərəkətini məhdudlaşdırıb və ona fiziki güc göstərib. Amma Samirənin yenə də müqavimət göstərdiyini görən Emin onu döyərək bədən xəsarətləri yetirib.
Daha sonra onu güclə soyundurub və cinsi əlaqədə olub. Bundan sonra qızla evlənəcəyinə vəd edib və bu barədə heç kimə deməməsini tapşırıb.

Cinayət işi

Lakin Samirə ona inanmayıb və polisə şikayət edib. Şikayət əsasında E.Alıyev həbs edilib.
O, Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham edilib.

7 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Alıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalıb və apelyasiya şikayəti verib.
O, hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Hesab edib ki, zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməyib.
Onun sözlərinə görə, zərərçəkmiş şəxsin verdiyi ifadələr ziddiyyətli olmaqla işin faktiki hallarına uyğun deyil.

O iddia edib ki, Samirə ilə aralarındakı münasibət könüllü olub. Buna görə də o, zorlama və seksual xarakterli zorakılıq hərəkətləri iddiası ilə razı deyil.
Şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə E.Alıyevin apelyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilib.
Bu qərardan narazı qalan E.Alıyev kasasiya şikayəti verib. Onun kasasiya şikayətinə Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti onun kasasiya şikayətini də təmin etməyib.

mənbə: publika.az

Xəbərlər     Baxılıb: 3193   Tarix: 22 avqust 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geyim necə seçməli gozel gorunmek toy makiyaji sekilleri toyuq yeməkləri goyemin faydalari göyəm turşusu cantalar 2026 kosmetika faydalı məsləhətlər naz mila arıqla masturbasiya haxışda