Əsirlikdə olan Dilqəm Əsgərovdan sevindirici xəbər: Nəhayət 7 aydan sonra...
Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov 7 aydan sonra ailəsinə məktub göndərib.
BiG.AZ-ın xəbərinə görə, bu barədə azvision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib.
"7 ay idi ki, atamdan məktub almırdıq. Ona görə çox narahat idik. Nəhayət, dünən atamın məktubu bizə çatdı. Məktub qısa məzmunludur. Səhhəti ilə bağlı heç nə yazmayıb. Hamıya salam göndərib, hər şeyin qaydasında olduğunu, narahat olmamağımızı qeyd edib" - K. Əsgərov deyib.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.
İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin