"Əsl bayram onları unutmamaqdır"- Röya 100 ailənin üzünü güldürdü
Xalq artisti, səhnəmizin pop kraliçası Röya Ayxan "8 Mart" Beynəlxalq Qadınlar Günü və Mübarək Ramazan ayı münasibətilə xeyirxah layihəyə imza atıb.
azxeber.com xəbər verir ki, sadəliyi və xeyirxahlığı ilə şou biznesdə xüsusi seçilən müğənni, "Əsl bayram onları unutmamaqdır!" devizi altında 100 aztəminatlı ailəni sevindirib.
Yüzlərlə ailənin və qadının bayramına bayram qatan Röya, bununla da əsl xalq artisti olduğunu bir daha sübut edib.
Müğənninin göndərdiyi bayram sovqatlı konvert ehtiyacı olan 100 ailəyə paylanılıb.
Bayram günündə cismən olmasa da, xeyirxah əməli ilə sevgiyə, qayğıya və diqqətə ehtiyacı olan insanların yanında olan müğənninin bu əməli 100 ailəyə və qadına sevinc hissi yaşadıb.
Müğənni bu addımı ilə qayğıya ehtiyacı olan insanlara bayram günlərində diqqət göstərməyin vacibliyi ilə bağlı cəmiyyətə bir mesaj göndərib.
Röya Ayxanın aztəminatlı ailələrə etdiyi bu jest onlar tərəfindən cavabsız qalmayıb.
Onlar bayramı unudulmaz edən Xalq artisinə öz minnətdarlıqlarını ifadə ediblər.









Hakışta
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu qidalar beyin damarlarına zərər verə bilər
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun