Əsl düyünü plastik düyüdən necə ayıraq?
Mətbuatda və sosial şəbəkələrdə Çin istehsalı olan plastik düyülərin hazırlanması haqqında məlumat yayılıb. Hətta həmin düyünün hazırlanması ilə bağlı da videoçarx yerləşdirilib. Məlumata görə, düyülər kartof kraxmalından hazırlanır, forma vermək üçün isə az miqdarda plastikdən istifadə olunur.
Aşpazların sözlərinə görə, belə düyüdən hazırlanmış bir boşqab sıyıq yemək polietilen paketi udmağa bərabərdir.
Videoçarx cəmiyyətdə rezonans doğurub. Həqiqətənmi plastikdən düyü hazırlamaq olarmı və bu, Azərbaycan bazarına nə qədər yol tapıb?
AzNews.az-ın əməkdaşları məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayıb. Birlik sədri açıqlamasında bildirib ki, düyü ən çox şikayət olunan ərzaqlardandır:
"Düyü ən çox istifadə olunan ərzaqdır. Hər həftə düyülərlə əlaqədar 5-7 telefon zəngi gəlir. Əhali düyünün keyfiyyətindən, əvvəlki ətri verməməsindən, bişirilməsi zamanı ortaya çıxan problemlərdən narahatçılığını bildirir. Mən qətiyyətlə deyirəm, plastik materialdan düyü hazırlana bilməz. Süni düyü ancaq müxtəlif kraxmal qarışıqlarından hazırlana bilər".
Sədrin fikrincə belə düyülərin Azərbaycana gətirilməsi istisna olunmur: "Belə düyülər arzuolunmazdır. Əsl düyü ilə süni düyünün fərqini primitiv təcrübədə ayrıd etmək olur. Düyünü suya qoyandan 10 gün sonra cücərti verməlidir. Əgər düyü cücərmirsə deməli saxta yolla əldə istehsal olunub. Gərək bu məsələyə dövlət oqranları mövqeyni bildirsin, açıqlama versinlər".
E.Hüseynov qeyd edib ki, qırmızı, sarı düyülər geni modifikasiya olunmuş düyülər siyahısına əlavə edilib: "Rəngli düyülərdən uzaq olmaq lazımdır".
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qadın kimi yaşamadığım bütün xoşbəxtlikləri qızım yaşayacaq' - Xalq artisti
Məni Vaqif Gərayzadənin ad gününə çağırmadılar
Demans riskini azaltmaq üçün ideal yuxu müddəti
Aspirin xərçəng riskini azaldır?
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?
İnsan övladı üçün hər şeydən keçər' - İlk dəfə ailəsindən danışdı
Azərbaycan elminə ağır itki - FOTO
Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Koreyalı aktyorun cəsədi tapıldı