Əti yumşaq bişirməyin sirlərini siz də bilin!
Yeməklərinizdə istifadə etdiyiniz ətlərin yumşaq, sulu və damaqda dağılmasını istəyirsiniz? Hamımız yumşaq, loxum kimi ət yemək istəyirik. Bəs bunu necə bişirəcəyik?
Ətin suyunu itirmədən
Ətin içində özünə aid bir miqdar ət suyu dediyimiz su vardır. Əgər ət suyunu buraxsa, daha sonra təkrar içinə alması mümkün olmadığından, ət bişdikcə qurumağa davam edər və biz əsla yumşaq ət yeyə bilmərik. Buna görə də, dana əti, quzu əti və ya toyuq əti fərq etməz, ətlərimizi doğradıqdan sonra qazanın içinə az miqdarda yağ tökürük, ya da yapışmayan tava istifadə ediriksə, heç yağ tökmədən qazanı ya da tavanı isidirik. İsitdikdən sonra ətləri qabın içərisinə atıb, ocağın altını azaltmadan ətlərin rəngi dəyişənə qədər qarışdırırıq. Bu əməliyyatın adı bağlamadır, yəni ətin rəngi dəyişdiyində suyu içinə çəkər və bir də buraxmaz. Bu mərhələdə duzdan istifadə etməyin. Əks təqdirdə duz ətin suyunu buraxmasına səbəb olar. Ətlərin rəngi dəyişənə qədər bişirdikdən sonra istifadə edəcəyimiz tərəvəzləri əlavə edirik və bişirməyə davam edirik. Beləliklə, dediklərimizi etməklə loxum kimi yumşaq ət bişirmək mümkündür.
Nuş olsun!
Xatun Life.az









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri