"Eurovision - 2021" mahnı müsabiqəsi Rotterdamda keçiriləcək
Avropa Yayım Birliyi (European Broadcasting Union) "Eurovision - 2021" mahnı müsabiqəsinin Rotterdamda (Hollandiya) keçiriləcəyini təsdiq edib.
Open.az xəbər verir ki, bu barədə "Eurovision: Avropa bərq vurur" (Europe Shine A Light) şou proqramı zamanı elan olunub.
Müsabiqənin rəsmi səhifəsində bildirilib ki, şou proqram "Ahoy" konsert zalında baş tutacaq.
Artıq məlumdur ki, "Eurovision - 2020"də çıxışları elan edilmiş 41 ifaçı və musiqi qrupundan 18-i "Eurovision - 2021"də öz ölkələrini təmsil edəcək.
Qeyd edək ki, say etibarı ilə 65-ci "Eurovision" müsabiqəsi bu il Rotterdamın Ahoy konsert zalında "Açıl" (Open Up) adı altında keçirilməli idi. Ancaq Avropa Yayım Birliyi müsabiqəni koronavirus pandemiyası ilə əlaqədar təxirə saldı.









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin