"Evdə 4 milyon dollarımız var idi, amma acından ölürdük" - məşhur milyonçunun oğlu- FOTOLAR

Dünyanın ən zəngin narkobaronu Pablo Eskobar barədə onun ən yaxın adamı, 40 yaşlı oğlu Xuan Pablo Eskobar atasından danışıb. O sonradan adını dəyişərək Sebastyan Marroquin edib.
Pablo Eskobar tarixin gördüyü ən zəngin cinayətkar idi. 1980-ci illərin sonunda Escobarın sərvəti indiki dəyəriylə 55 milyard dollara çatmışdı. Eynilə onun barəsində çəkilən "Narkos" serialındakı kimi: dəstə-dəstə pullar, fermalar, lüks villalar, avtomobillər, helikopterlər, qadınlar ...
Amma Eskobarın oğlu "Narkos"a etiraz edir. Atası öldükdən sonra Argentinaya qaçan Sebastyan deyir ki, əlbəttə şiddət, cinayətlər, sui-qəsdlər və siyasi ehtiras... Bunlar Eskobarı Eskobar edən əsas şeylər idi. Lakin deyilənin əksinə olaraq Eskobar elə də lüks həyat yaşamayıb: "Evdə 4 milyon dollar nəğd pul ola-ola ac qaldığımız günlər olub. Son illərdə ətrafında heç kəs qalmamışdı. Ailəsini girov götürən hökumətə qarşı əli-qolu bağlı idi, onları qurtarmaq üçün ölümü seçdi. Tək-tənha, bir evin damında özünü öldürdü"
Sebastyan atasının nə işlə məşğul olduğunu yalnız 7 yaşında öyrənir: "Atam gənclər üçün bir super qəhrəmana çevrilib. Hər kəs ona bənzəməyə çalışır. Amma gənclərə deyirəm, atamın yolunu təqib etməyin! Dünyadakı bütün pullara sahib ola bilərsiniz, amma rahat yaşaya bilmirsinizsə, bu pullar nəyə lazımdır?"
Sebastyan deyir ki, o, "Pablo Eskobar2" ola bilərdi, amma başqa həyatı seçdi: "Atamın keçmişindən öyrəndiyim bu oldu. Onun yolundan uzaq durmalıyım. Buna görə də memar oldum, dərs verirəm, kitablar yazıram. Hazırda o pulun yüzdə birinə belə sahib deyiləm, amma özümü daha zəngin hiss edirəm, çünki azadam"
Pablo Eskobar həyat yoldaşı və iki övladının hər birinə ayrılıqda 15 cangüdən ayırmışdı, özünün cangüdənlərinin sayı isə 50-dən çox idi.
Narkobaronun "Hasienda Napoles" adlanan məşhur təssərüfat sahəsində 10-dan çox villa, böyük hava limanı, futbol sahəsi, tennis kortu vardı. Təssərüfat sahəsinin nəhəng zooparkında isə dünyanın 4 bir tərəfindən gətirilmiş mindən çox heyvan saxlanılırdı. Eskobarın qarajında ​​onlarla motosiklet, avtomobil var idi: "Hasiendada hər şey istəyə bilərdiniz. Əgər yoxdursa almaq üçün helikopter göndərirdilər. Məsələn bir dəfə helikopterlə hamburger gətirmişdilər".
Sebastyan deyir ki, o ailədə sevgi ilə əhatə olunduğu üçün atasının yolu ilə getmədi: "Xüsusi Xidmət Orqanları, Kolumbiya hökuməti, bütün karteller atamı ələ keçirmək üçün mübarizə aparırdılar. Bu zaman yalnız atamın kartelinin deyil, ailəmizin də sonunun çatdığını düşündüm. Dünyanın ən çox axtarılan adamı idi. Bir evdə gizlənmişdik. Hara olduğunu bilmirəm, çünki atam bizi ora apararkən gözlərimizi bağlamışdı. 1 həftə orada qaldıq. 3-cü gün ərzağımız sona çatdı.Aclıqdan az qalsın ölürdük, amma yanımızda 4 milyon dollar nəğd pul var idi! Marketə gedib yemək alacaq azadlığımız yox idi. O vaxt öyrəndim ki, azadlıq olmayandan sonra, pul heç nədir".
Sebastian Marroquin atasının xaricdən, xüsusən də ABŞ-dan dəstək aldığını deyirdi. Narkobarona ABŞ-ın məşhur siyasətçiləri, hökumət adamları yardım edirdi.
Pablo Eskobarın ölümünə gəlincə, oğlu atasının öldürülmədiyini, ailəsini qurtarmaq üçün intihar etdiyini deyir:
"Mən, anam, bacım və nənəm o vaxt Kolumbiya hökumətinin əlində girovduq. Atam, dünyanın heç bir ölkəsinin bizi qəbul etməyəcəyini, Kolombiyadan da çıxa bilməyəcəyimizi düşünürdü və bizi xilas etmək üçün ölməsi lazım olduğunu da bilirdi. Bu səbəbdən də atam 10 ildən sonra ilk dəfə telefondan istifadə etdi (Polis Eskobarın yerini oğluyla etdiyi telefon danışığını təqib edərək tapdı). Öldüyü 1993-cü il, dekabrın 2-si düz 7 dəfə telefon açdı. Mən atamın tutulmaq üçün bunu etdiyini anladım. Bu səbəbdən atam düşmənləri tərəfindən mühasirəyə alındı, elə oradaca özünü öldürdü. Bəli, deyilənlərin əksinə olaraq atam özünü öldürüb, onu polislər vurmayıb. Atamın silahında 15 güllə var idi, son bir gülləni sağ qulağından vurub intihar edib".
mənbə: istipress
"Evdə 4 milyon dollarımız var idi, amma acından ölürdük" - məşhur milyonçunun oğlu- FOTOLAR"Evdə 4 milyon dollarımız var idi, amma acından ölürdük" - məşhur milyonçunun oğlu- FOTOLAR"Evdə 4 milyon dollarımız var idi, amma acından ölürdük" - məşhur milyonçunun oğlu- FOTOLAR

Xəbərlər     Baxılıb: 2280   Tarix: 05 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?

Marketlərdən paketlənmiş toyuq əti alarkən çoxumuzun diqqət etmədiyi kiçik bir detal, əslində sağlamlığımız üçün ciddi xəbərdarlıq siqnalı ola bilər. Qida təhlükəsizliyi mütəxəssisləri qablaşdırmanın dibində yığılan çəhray

turlar.az

sac duzumleri kosmetoloq toy gecesi mesameler ucun maskalar haqista toxuma və əl işləri vətən haqqında inşa kosmetika maya maskasi masturbasiya nedir xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır burclerin uygunlugu opusme