Evdə əlimizlə hazırladığımız zəhər: Necə qorunaq? – MÜTƏXƏSSİS AÇIQLADI

Evdə əlimizlə hazırladığımız zəhər: Necə qorunaq? – MÜTƏXƏSSİS AÇIQLADIHazırda bir çox evlərdə qış üçün kompot və turşular hazırlanır. Bəzən evdə hazırlanan turşulardan zəhərlənmə halları baş verir. 
Bəs, qışa tədarük edərkən nələrə diqqət etmək lazımdır? Hazırlanan məhsulun uzun müddət qalması və zərərsiz olması üçün nələr etməliyik?
Milli.Az lent.az-a istinadən xəbər verir ki, qida üzrə baş mütəxəssis Ağa Salamov məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, turşuya qoyulan qida məhsulları ilk növbədə yerli və orqanik məhsullar olmalıdır. 
Onun sözlərinə görə, bunun səbəbi isə hazırda ölkəyə idxal olunan meyvə və tərəvəzlərin hibrid olmasıdır:
"Bu hibridlərdə də o qədər kimyəvi maddələrdən istifadə olunur ki, insanlar arasında kimyəvi zəhərlənmə baş verə bilir. Eyni zamanda bu məhsullar partlamış və ya çürük olmamalıdır. Turşu və ya kompot hazırlayarkən saf və təmiz məhsullardan istifadə etməliyik. Digər bir məsələ isə turşuların emal prosesidir. Duza qoyulan turşular və suya qoyulan şorabalar yaxşı bir şəkildə təmizlənməli, dezinfeksiya olunmalıdır. Çünki torpaqda olan botulizm bakteriyaları həmin məhsullara təmas edir. Bununla da qida zəhərlənməsi ortaya çıxır. Ona görə də turşuya qoyulan məhsullar torpaqdan təmizlənməlidir. Həmin məhsullar ən az 10 dəqiqə sodalı suda saxlanılmalı və yaxşıca durulanmalıdır. Bir çox insanlar turşuları plastik qablarda qoyurlar. Lakin bu doğru deyil. Çünki həmin plastik qablardakı bakteriyalar birbaşa turşuya nüfuz edir. Bu da qida zəhərlənməsinə səbəb olur. Bu baxımdan qaynar suda dezinfeksiya olunmuş şüşə balonlardan istifadə etmək lazımdır". 
Ağa Salamov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, turşu qoyarkən içinə çiy su qoymaq olmaz:
"Mütləq şəkildə qaynar sudan istifadə etmək lazımdır. Çiy suyun qoyulması qida zəhərlənməsinə, turşunun qıcqırmasına səbəb ola bilər".
Milli.Az

Xəbərlər     Baxılıb: 2132   Tarix: 16 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

yemek reseptleri kosmetoloq gelinlikler uşaqları tərbiyə mexmerek təmizlik kosmetika bayatılar novruz bayramı seksi hüzeyir hacibəyov hakista