Evdə hazırlanan maskaların effektivliyi qiymətləndirildi
Evdə hazırlanan maskalar, demək olar ki, ABŞ-ın tibb işçiləri üçün tövsiyə olunan N95 sinifli respirator qədər təsirli olur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu nəticəyə ABŞ-dakı Argonne Milli Laboratoriyasının alimləri gəlib. Onların araşdırmaları "ACS Nano" jurnalının saytında yayımlanıb.
Onların verdiyi məlumata görə, iki növ parça, məsələn, pambıq və ipəkdən olan maskalar aerozol hissəciklərinin 80-99 faiz qarşısını alır. Birqatlı maskalar ən pis nəticələr göstərib: mayenin ən kiçik hissəcikləri və havaya püskürən qatı maddələr boşluqlardan sərbəst keçib.
Mütəxəssislər evdə hazırlanan və tibbi maskaların üzə uyğun olmasından asılı olaraq effektivliyini də qiymətləndirib. Dəri ilə qoruyucu maska arasında bir boşluq varsa, hissəcikləri süzmək qabiliyyəti bütün növ maskalarda demək olar ki, iki dəfə aşağı düşüb.
Aprelin əvvəllərində amerikalı elm adamları tibb mütəxəssisləri üçün maskalardan təkrar istifadə etməyin yollarını tapıb. Qoruyucu vasitələrin dezinfeksiya edilməsi üçün üç ümumi metod müəyyən edilib: istilik, ultrabənövşəyi işıq və hidrogen peroksid buxarı (VPH).
Aytən Məftun









Hakışta
Seks zamanı kişiləri dəlicəsinə ehtiraslandırmağın yolları
Astroloji proqnoz - 20 iyul
Anal seksin qadın orqanizmi üçün ziyanı və xeyiri
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda ilan görmək görün nəyə işarə edirmiş?!
Bürclər haqqında qısa və ən lazımlı məlumatlar
Xınayaxdı üçün HAKIŞTALAR
Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Qızlıq və ya bakirəlik pərdəsinin yırtılması haqqında
Qadınları orqazma çatdıran 7 seks pozası
Vətən və el haqqında atalar sözləri