"Evdə müalicə alanlar 14 gün sonra avtomatik sağalmış sayılır" - Səhiyyə Nazirliyi

"Evdə müalicə alanlar 14 gün sonra avtomatik sağalmış sayılır" - Səhiyyə NazirliyiJurnalist Dünya Sakit koronavirusa yoluxmuş qardaşı oğlunun 15 gündən sonra təkrar test vermək istəyinə poliklinikadan "yox" cavabı verilməsindən narazılığını bildirib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  D.Sakit qeyd edib ki, qardaşı oğlu xəstəliyi simptomsuz evdə keçirib: "15 gündən sonra təkrar test olunmasını istədik. Yerli poliklinikadan dedilər ki, artıq ikinci test eləməyə icazə verilmir, 15 gündən sonra pozitivlərin hamısı sağalmış kimi qeydiyyata alınır". 
D.Sakit, həmçinin qeyd edib ki, koronavirusa yoluxmuş həyat yoldaşının qan dəyərlərini yoxlatmaq istəyinə də "yox" cavabı verilib:
"Poliklinika və 103 xidmətindən dedilər ki, biz evdə heç kimdən analiz götürmürük, özələ gedin. Yaxşı, koronaviruslu xəstə evindən çıxanda 300 manat cərimə, yaxud cinayət işi açılır. Bu adam özəl klinikaya necə getsin? Özəl klinikalara zəng vurdum, dedim, qanını gətirim analiz edin, dedilər, qəti olmaz, siz xəstə ilə eyni evdə yaşayırsınız, kontaktda olursunuz, sizi klinikaya buraxa bilmərik". 
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məsələ ilə bağlı bildirilib ki, vətəndaşa hər iki halda prosedura uyğun olaraq doğru cavab verilib:
"Qəbul edilmiş evdə müalicə proseduruna uyğun olaraq, COVİD-19 testi pozitiv çıxan və evdə müalicə olunan şəxslər 14 gündən sonra avtomatik olaraq sağalmış sayılır və onların adı sistemdən silinir. Həmin şəxslərdən təkrar test götürməyə ehtiyac yoxdur. Bu şəxslər artıq koronaviruslu xəstə sayılmadığı üçün evdən çıxmalarına görə də cinayət məsuliyyətinə cəlb olunmurlar. 
Qan analizi götürülməsinə gəldikdə isə, COVİD-19 xəstələrinin evdə müalicə proseduruna evdə qan analizi götürülməsi daxil deyil".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1492   Tarix: 10 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

kosmetoloq gözəllik məhsulları kosmetik vasiteler uz derisine qulluq maskalari 1 yaşına qədər körpələrə qulluq toy gecəsi cəmiyyət kosmetika novruz bayrami kondom janrlar bayatı dolça