Evə gec gəldiyi üçün qardaşı tərəfindən öldürülən Nigarın ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏRİ - VİDEO+FOTOLAR
Evə gec gəldiyi üçün qardaşı tərəfindən bıçaqlanaraq qətlə yetirilən qızın fotoları ortaya çıxıb.
Xanim.az-ın məlumatına görə, sosial şəbəkələrdə paylaşılan şəkil qətlə yetirilən Nigar Məsimovaya məxsusdur.
Sözügedən ağır cinayət paytaxtın Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 21 ünvanında baş verib. Bakı şəhər sakini 31 yaşlı Anar Məsimov qısqanclıq zəminində bacısı 32 yaşlı Nigar Məsimovanı qətlə yetirib. Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Nigar Məsimova kosmetika şirkətlərindən birində işləyirmiş.
İşdən evə gec gəldiyinə görə Anar bacısına bunu irad tutub. Nigar Məsimova isə bu iradlara məhəl qoymayıb. Ötən gün növbəti dəfə irad bildirilərkən Nigar Məsimova qardaşına kobud cavab qaytarıb. Bundan hiddətlənən Anar Məsimov mətbəx bıçağı ilə bacısını bir neçə zərbə vuraraq onu qətlə yetirib.
Hadisədən sonra evi tərk edən Anar Məsimov Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
mənbə: bakuws











Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir