Evinizi təmizləyərkən 10 əşyanı atmağı unutmayın!

Evinizi təmizləyərkən 10 əşyanı atmağı unutmayın!1. Vaxtı keçmiş kosmetik vasitəriniz. Köhnə tuş və pomadanı saxlamaq nəyə gərəkdir? Və yaxud da boş ətir qablarını toplamaq? İstənilən kosmetik vasitə bakterial infeksiyalara səbəb olmaq üçün deyil, sizi gözəlləşdirmək üçün yaradılıb.

2. Rahat olmayan ayyaqabılar. Etiraf edin ki, evdə elə tufliləriniz var ki, onları geyərkən hər dəfə yaranan ağrı və mazollara görə onları lənətləyirsiniz. Onlar əlbəttə ki, gözəl və dəblidirlər, ancaq dünyada milyonlarla başqa rahat ayaqqabılar var. Belə ayaqqabıları ata bilmirsiniz? Onları görünən yerə qoyun və üzərinə yazın: "Mənim sevilmi işgəncə vasitəm".

3. "Arıqlayıb geyinəcəm" dediyiniz paltarlar. Hardasa şkafın görünməz küncündə səliqə ilə yığılmış əşyalar var ki, siz nə vaxtsa artıq çəkidən azad olacağınızı (artıq çəkini isə yalnız özünüz hiss edirsiniz, başqaları isə bunu görmür) düşünüb onları geyinməyi arzulayırsınız. Bu motivasiya kimidir, lakin mənfi və əzicidir. Bütün kiçik ölçülü geyimlərinizi dərhal kiçik bacınıza verin. Eyni zamanda bütün qarderobunuza, köhnə geyimlərinizə də nəzər salın, hansı geyimləri geyməyəcəksiniz və onları atmağa da heyfiniz gəlir, həmin geyimləri paketə qoyub kasıblara verin. Həm insanlara kömək etmiş olacaqsınız, həm də şkafınızı təmizləyəcəksiniz.

4. Xatırlamadığın insanlardan aldığınız açıqcalar. Balaca qəşəng qutuda qalaq-qalaq təbrik açıqcaları saxlanılır: köhnə, bayağı və çirkin. Bu açıqcalar heç vaxt ünsiyyətdə olmayacağınız adamlardandır. Belə anbar sizin nəyinizə lazımdır? Yalnız yaxınlarınızdan aldıqlarınız açıqcaları saxlayın, qalanlarını isə zibil yeşiyinə atın!

5. Çini qablar. Muzey eksponatları muzeydə saxlanılmalıdır. Köhnə servizləri və iri həcmli şkaf və servantları nənənizə qaytarın. Onların yerinə canlı çiçəklərdən olan vazalar qoyun. Evdə naftalinli əşyalara son qoyun.

6. Kağız spamlar. Poç qutunuzdan müxtəlif çap məhsullarını evə daşımağa nə lüzüm var. Yeganə sizə lazım olan – kommunal xidmətlərin ödəniş qəbzidir. Qalan bütün çap məhsulları – lazımsız zir-zibildir. Həmçinin evdəki jurnallara da baxın, ola bilsin ki, onların arasında sizin üçün daha maraqlı olmayanları da var, onları zibil qutusuna göndərin.

7. "Rahat geyinilə bilməyən" alt geyimləri. Görəsən alt geyimlərini "adi günlər", "kritik günlər" və ya "xüsusi günlər"üçün kim çeşidlərə bölüb? Özünüzü rahat hiss etdiyiniz alt geyimlərini, xüsusi ilə seksual olanları saxlayın. Qalanlarını isə atın (heç vaxt geyinməyəcəklərinizdən söhbət gedir).

8. Köhnə telefonlar, pleyerlər və digər texnikalar. Bu cür qiymətli cihazlar təcrübə üçün gənc fiziklərə uyğun olar, onlar sizə tamamilə lazım deyil.

9. Heç vaxt oxumayacağınız kitablar. Görünən yerdə ancaq sevdiyiniz kitablar olmalıdır, hansı ki, onlar sizə işdə, təhsildə lazımdır. Marksın çoxcildli yazıları və Qorkinin "Klim Samgin həyatı" ancaq intelektual mühit yaratmağa və toz yığmağa xidmət edir.

10. Köhnə əlaqələr haqqında xatirələr. Öz keçmiş sevgilinizin onun ətri qoxuyan köynəyini atmağa əliniz gəlmir? Və yaxud qalaq-qalaq əl ilə yazılmış şerləri, hansı ki, onu o xəyanətkar "ancaq sizə" yazıb? Onun əşyalarından canınızı qurtarsanız, asanlıqla onu başınızdan da çıxara bilərsiniz. Necə deyərlər gözdən uzaq, könüldən iraq. Onda görəcəksiniz ki, evinizdə və ürəyinizdə nə qədər yer boşalacaq. Əgər orda köhnə yoxdursa, deməli yenisi peyda olacaq! Ona görə də öz mənzilinizdə və həyatınızda təmizlik işlərinə başlayın.

Maraqlı     Baxılıb: 2860   Tarix: 20 aprel 2015
f Paylaş

Oxşar xəbərlər

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

turlar.az

toy makiyajlari qis geyimləri 2026 reseptler paltar olmaq yoğun bağırsaq xəstəlikləri xinayaxdi ucun sozler dil haqqinda atalar sözləri kosmetika oglan evi səməd vurğun qiz evi haxista rus dilini öyrənək hakışta