Evliliyin ilk problemləri

Evliliyin ilk problemləriİstənilən münasibət məsuliyyət deməkdir. Hər kəs də bu məsuliyyəti daşımaq iqtidarında olmur.
Tərəflər evliliyin ilk 3 ilini daha çox yeni mühitə - ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini tanımağa çalışmalı, gözlədiklərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər.
Adaptasiyanı doğru formada keçən ailələr zaman keçdikcə daha dayanıqlı ailə modelinə çevrilirlər.
Öncə onu diqqətinizə çatdıraq ki, hər bir fərd ailə qurmamışdan əvvəl - ailə psixologiyasında buna Monada "mono - tək deməkdi" - özünün fərdi yaşam tərzinə malik olur. Özünü qismən də olsa, bu sistemin içində rahat hiss edir. Diqqət etsəniz, bəzən ailə quran cütlüklər bunu valideynlərin yaxud da ətrafın diqtəsi ilə həyata keçirdiklərini iddia edirlər.
Dediklərində müəyyən qədər də həqiqətin payı var. Çünki, istənilən münasibət məsuliyyət deməkdir. Hər kəs də bu məsuliyyəti daşımaq iqtidarında olmur. Sığortalanmaq üçün şüuraltı olaraq bu kimi məqamları da ortaya atırlar.
Statistika göstərir ki, tərəflər arasında münasibətlərin ilkin mərhələlərində probemə o dərəcədə də rast gəlinmir. Səbəb bir-birini tanımaq, qarşı tərəfə özünün daha çox müsbət keyfiyyətlərini göstərmək istəyidir. Ancaq hər bir insan bu və ya digər dərəcədə çatışmayan hansısa xüsusiyyətlərə malikdir. Zaman keçdikcə artıq bu çatışmayan xüsusiyyətlər münasibətlərə öz mənfi təsirini göstərməyə başlayır. Bu hal xüsusən ilkin evlilik mərhələsində baş verir. Səbəb də tərəflərin vaxtının çox hissəsini bir yerdə keçirmələri, mənfi xüsusiyyətləri şəxsiləşdirmələri olur. Tərəflər bunu şəxsinə qarşı yönəldiyi qənaətinə gəlir.
Nəzərə almaq lazımdır ki, bu xarakterdən qaynaqlanan bir məqamdır və bütün insanlara qarşı münasibətdə özünü büruzə verir. Ona görə də tərəflər buna anlayış göstərməli, dəyişməkdən daha çox uyğunlaşmağa çalışmalıdırlar. Misal üçün, oğlan və ya qızın ata evinə həddindən çox bağlı olmaları. Bu hala anlayış göstərilməli, tədricən bunun həlli istəqamətində addımlar atılmalıdır. Adətən tərəflər bunu tez bir zamanda həll etməyə çalışırlar. Nəticə ala bilmədikdə isə münasibətlər soyumağa başlayır, sonda isə ayrılığa da gətirib çıxarır.
Ona görə də tərəflər evliliyin ilk 3 ilini daha çox yeni mühitə - ailə mühitinə uyğunlaşma kimi dəyərləndirməli, qarşı tərəfin ailə üzvlərini tanımağa çalışmalı, gözlədiklərinin nələrdən ibarət olduğuna diqqət etməlidirlər. Statistika göstərir ki, bu dönəmdə adaptasiyanı doğru formada keçən ailələr zaman keçdikcə daha dayanıqlı ailə modelinə çevrilirlər. Yeni ailə qurub boşanan cütlüklər isə zaman keçdikcə hansı məqamları doğru keçmədiklərini anlayır, ancaq bu, heç də həmişə ailənin yenidən birləşməsi ilə nəticələnmir. Ona görə də belə hallarda tərəflər problemi subyektiv dəyərləndirməkdən daha çox mütəxəssis dəstəyi ilə həll etməyə üstünlük verməlidirlər.
Diqqət tələb edən başqa bir məqam, ailə quran tərəflərin fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınmasıdır. Bəzən əvvəlki sevgi münasibətində hansısa travmatik olay yaşamış gənc zaman keçdikcə onu yeni münasibətinə də köçürməyə başlayır. Şübhəsiz, proses onun istəyindən kənar, şüuraltı olaraq baş verir. Bu da sonda münasibətlərin pozulmasına, ailənin dağılmasına, ailədaxili münaqişələrə gətirib çıxarır. Belə halda yaxşı olardı ki, fərd psixoloji travmanın həllindən sonra münasibət qurmağı qərara alsın. Çünki, bundan sonra qurulan münasibət daha dayanıqlı olur və sağlam təməl üzərində formalaşır.
Ailə qurub xoşbəxt olmaq hər birimizin arzusudur. Bəlkə də ən böyük arzumuzdur. Ona görə də burada təkcə sevgi deyil, məntiqi yanaşma da tələb olunur.
Ailəmizi qorumaq arzusu ilə...
Elnur Rüstəmov, psixoloq
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1048   Tarix: 23 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

adlarin menasi toy gecesi hamiləlik xinayaxdi ucun sozler sifahi xalq edebiyyati stresin elametleri qadinlarda soyuqdeyme kosmetika buga burcu hamilelik novruz hakistalari 8 mart novruz bayramına aid