Əvvəl Türkiyə, sonra Fransa
Hazırda İstanbulda istirahət edən müğənni Zamiq Hüseynov bir neçə gündən sonra Bakıya qayıdacaq.
İyulun 14-də isə Fransaya yola düşəcək. Bu haqda əməkdaşımızla söhbətində ifaçının prodüseri Elnur Həsənov deyib:
"Zamiq hazırda Türkiyədə dincəlir. Bu günlərdə vətənə dönəcək və Fransaya gedəcək. Oradan qayıtdıqdan sonra isə "Həyat gözəldir" mahnısına klip çəkdirəcək".