Eyfel qülləsi

Eyfel qülləsiEyfel qülləsi 1887 –1889 cu illər arasında Qustavo Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibəti ilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir. Qüllənin tikilməsi haqqında Eyfel özü layihə irəli sürmüş, lakin həmin vaxt ondan başqa 107 nəfər də bu mərasimin şərəfinə digər fikirlər də meydana atmışlar. Bu mərasim 1789 – cu ildə Fransada baş vermiş intibahla əlaqədar olduğuna görə daha təntənəli surətdə keçiriləcəkdi. Həmin vaxt müxtəlif fikirlər irəli sürülsə də, onların içərisində yalnız 4 nəfər finala çıxmağa haqq qazandı. Məhz bunlardan bir də Qustavo Eyfel idi.

Fikirlərdən birinə əsasən daşdan hazırlanmış monumental abidə yaratmaq lazım olduğunu dedilər. Ancaq bundan əvvəl ABŞ – ın Vaşinqton şəhərində bu tipli böyük abidə yaradılmışdı və onun hündürlüyü isə tam 169 m hesab olunurdu. Düşüncələrə görə daşdan hazırlanmış hər hansı abidə bundan hündür ola bilməz, yaxud hazırlanması çox müddət almaqla yanaşı, çətin bir proses olardı. Buna görə də həmin fikir tamamilə rədd edildi. Nəticədə isə Qustavo Eyfel öz hazırladığı layihədə müxtəlif dəyişikliklər etdi, həmçinin dekorasiyasını da qismən dəyişdirdi. Bu böyük layihənin hazırlanması üçün çox vaxt tələb olunsa da Qustavo burada elə metodlardan istifadə etmişdi ki, tam iki il müddətinə qüllə hazır vəziyyətdə olacaqdı. Qeyd edək ki, bu layihənin seçilməsində vaxt problemi də qismən kömək oldu. 1889 – cu ildə hazırlanan Beynəlxalq sərgilər bürosunun təməli atılmış və Qustavo Eyfel tərəfindən hazırlanmışdır. Əslində isə bu qüllənin memarı Qustavo Eyfel deyil, isveçrəli Murico Koechin sifarişinə əsasən hazırlayan Stefen Sauvestredir. Stevan həmin layihənin hazırlanmasında ona xüsusi görünüşün verilməsində mühüm rol oynadı, çünki Parislilərin diqqətini cəlb etmək üçün onun xarici görkəmi daha vacib rol oynayırdı. Bu insan öz peşə və sənət yoldaşı olan Emile Nouguier ilə birlikdə bu nümunələri hazırlamışdır. Qüllənin inşası tam 7 739 401 frank 31 sent tutmuşdur, lakin Qustavo Eyfelin fikirlərinə görə isə bu maliyyə xərcləri 1 milyondan da yuxarı olmuşdur. 1889 – cu ildə açılış tarixindən əvvəlki beş ay müddətində 1,9 milyon əhali buranı ziyarət edir və nəticədə il sonuna qədər sərf edilmiş xərclərin ¾ çıxardılır. Beləliklə elə ilk əvvəlki dövrlərdən başlayaraq bu qüllə qazanc əldə etməyə şərait yaradan məkanlardan birinə çevrilmişdir.

1889 – cu ildə qüllənin açılışı zamanı tam 10 min qaz fənərlərindən, iki projektordan və başında isə mayak kimi işıq əks edilmişdir. İşıqların rəngləri mavi, ağ və qırmızı olmaqla Fransanın bayrağını ifadə edirdi. 1900 – cu ildə ilk dəfə olaraq işıqlı lampalarla qüllə bəzədilir. 1925 – ci ildə isə maqnat Andre Sitroenin avtomobil istehsalçısı kimi markası reklam olunmuşdur. Sitroen özü bu reklamı "Alovlar içərisində Eyfel qülləsi" adlandırmışdır. Eyfeldə həmin vaxt 125 min elektrik lampası quraşdırılmışdı. Demək olar ki, həmin müddət ərzində qüllədə çoxlu sayda reklamlar yerləşdirilməyə başladı və bu dünyanın ən hündür reklam yerləşdirmə yeri hesab olunurdu. Bu hadisələr tam 1934 – cü ilədək davam etdi. 2000 – ci ilin yeni ili ilə əlaqədar qüllədə bir çox dəyişikliklər edildi və hətta 2003 – cü ildə Eyfel yeni işıqdan hazırlanmış paltarını geyindi. Burada 40 km uzunluğu olan işıq sistemlərindən, 20 min lampadan və hazırlanmada 4,6 milyon avro dəyərində maliyyə xərcindən istifadə edildi.

3000 işçi 26 ay müddətində 18.038 ədəd dəmirdən olan parçaları 2,5 milyon hissələrdən istifadə edərək bir yerə yığmağı bacardı. Həmin dövrdə bu qüllə inşa edilərkən bir dənə də olsun ölüm hadisəsinin olmaması, istifadə edilən texnologiyaların zəif olması ilə müqayisə edildiyinə böyük heyrət doğurur.

Ancaq parislilər bu müddət ərzində qülləni bir utanc ləkəsi kimi görmüş və ona nifrət etmişlər. Bəzi sənətçilər buranı bir yol lampasına bənzədir, digər insanlar isə bir fabrik bacası kimi qiymətləndirirdilər. Hətta bu tikilinin Parisin görünüşünü ciddi şəkildə ləkələyəcəyini də irəli sürürdülər. Bəzi insanlar isə ədəbiyyatçı və sənətçiləri bir yerə yığaraq imza toplamış və birliklərini bu qülləyə qarşı istifadə etmişlər. Həmin işdə 300 tanınmış şəxsin imzası olmuşdur. Bunların arasında Aleksandr Düma, Şarl Quno və Qi de Mopassan da yer almışdır. Bu gün isə Eyfel qülləsi dünyanın ən gözəl memarlıq nümunələrindən biri sayılır. Parislilər bu abidəni Dəmir qadın olaraq adlandırırlar. Əvvəlki dövrlərdə Eyfel qülləyə sadəcə 20 il ərzində idarə etməsi üçün səlahiyyət almışdı. Deməli 1909 – cu ildə qüllə tamamilə sökülməli idi, lakin öz yüksəkliyinə görə əlaqə yaratmaq üçün münasib idi və Atlantik okeanın da o biri tərəfi ilə əlaqələri genişləndirmək bu tikili ilə mümkün olduğuna görə sökülməməsinə icazə verildi.

Eyfel qülləsinin tikintisində 300-ə yaxın fəhlənin əməyindən istifadə edilmişdir. Tikintiyə başlamamışdan əvvəl layihəni tez bitirmək üçün nəzərdə tutulmuş konstruksiyaların çoxu, xüsusən dəmirdən olan hissələr bir – birinə geydirilmişdi. Eyfel 14 fevral 1887 – ci ildə "Le Temps" qəzetinə verdiyi müsahibədə tikdiyi qüllənin hündür olması ilə yanaşı, onun küləyə davam gətirməsinin də vacib yer tutduğunu xüsusi qeyd etmişdir.

Eyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsiEyfel qülləsi

Maraqlı     Baxılıb: 5514   Tarix: 11 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Müəllimlərə ŞAD XƏBƏR: Maaşlar artdı

Müəllimlərin vəzifə maaşına əlavələr edilib. Bu barədə  -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Qeyd olunub ki, noyabr ayında 2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılmas

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Qabiliyyət imtahanının nəticələri açıqlandı

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş qabiliyyət imtahanının nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Bildirilib ki, məqbul qiymət alan abituriyentlər ixtisa

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

turlar.az

toy makiyaji sekilleri makiyaj instagram geyim şəkilləri vətən haqqında bayatılar 2026 ci ilin debi roya ayxan merlin monro kosmetika zencefil atalar sozleri ikizler atalar sözü haxista