Faciəvi şəkildə ölən müğənni Aslan qətlə yetirilib? - Yaxın dostu danışdı

Faciəvi şəkildə ölən müğənni Aslan qətlə yetirilib? - Yaxın dostu danışdıAzərbaycan mədəniyyəti bəlkə də bu zamana kimi ən çox nümayəndəsini keçən il itirdi. Onlardan biri də müğənni Aslan Hüseynov oldu. 4 may tarixində anasının yas mərasimindən Baklya qayıdarkən avtomobil qəzası keçirən müğənni Aslan Hüseynov 55 yaşında faciəvi şəkildə dünyasın dəyişdi.
azxeber.com Milli.Az-a istinadən xəbər verir ki, ARB telekanalında yayımlanan "O üz" verlişində Aslanın yaxın sənət yoldaşı, dostu Sevda Kazımova baş verən hadisə ilə bağlı gözyaşları içində danışıb.
O, yaxın dostu Aslanın canına qəsd cəhdi ilə bağlı efirdə bunları deyib:
"Bacısı danışdı mənə: nəsə qorxulu bir şey olmuşdu. Kimsə balta ilə arxasınca qaçmışdı. Aslanın heç vaxt düşməni olmayıb. O, dostsevər adam idi, insanları sevirdi. Hamıya salam verəndə belə, baş əyərək salam verirdi. İnsanlara qarşı hörmətlə yanaşan adam idi, insanları əzmək istəmirdi".
Sevda Kazımova Aslanın faciəvi ölümü xəbəri ilə bağlı da danışıb:
"Qəzaya düşməmişdən yarım saat öncə mənlə danışmışdı. Mən deyəni atası da deyir ki, "Mənim oğlum heç vaxt sükan arxasında yatmazdı, bu, ola bilməzdi". Yəni o yatacaqdısa, maşını saxlamalı idi. 
3 gün idi ki, anası rəhmətə getmişdi. Aslan nə halda idi, elə bil qapqara yanmışdı. Aslan mənə dedi ki, "anamı Gəncədə basdırırlar, mən də gedib Gəncədə qalacağam". Dedim "Aslan, bəlkə Gəncədə basdırmayasınız. Amma qohumları Gəncədə çox olduğu üçün anasının öz vəsiyyəti idi ki, məni Gıncədə basdırarsınız. Durdu gecəylə getdi ki, "yox, mən anamı orada tək qoya bilmərəm". Anasının ehsanı olaraq orada kasıb insanlara ət alıb paylayıb, halva çaldırıb. Bütün günü anasının məzarı üstündə olub, onunla öz-özünə danışıb. Mənə zəng etdi ki, "Seva, başım dəhşət ağrıyır, dayanmır". Dedim "Aslan, başına dönərəm, gəlmə ha, yat qal oralarda". Məndən başqa da çox adamlara zəng edib. Zəng edib ki, gələcəyəm, amma yuxu basır məni. Deyib ki, yuxu basır məni. Amma necə gəlib bəs?! Onu yuxu bassaydı, o, maşını sürməzdi. İnanmıram ki, Aslan yolda yatsın, yəni bu mümkün deyil. Bu, inandırıcı bir şey deyil. Amma Aslan yatıbsa, yəqin əcəl belə gəlib". 
Qeyd edək ki, A.Hüseynov mayın 4-də Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında keçirdiyi avtomobil qəzasında dünyasını dəyişib. Müğənninin idarə etdiyi "BMW" markalı avtomobil qarşıda hərəkət edən "KamAz" markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı A.Hüseynov nəqliyyat vasitəsində tək olub. Hadisəyə səbəb isə Aslanın sükan arxasında yatması olub. O, Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.

Şou Biznes     Baxılıb: 1600   Tarix: 15 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

.

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

turlar.az

toy makiyaji sekilleri hamiləlik kosmetoloq qadın və din günün kombini doslu qizlar türk mətbəxi kosmetika klitor gozellik oğlan evine aid hakisda oglaq hakiwda