Faiq Babanlı ilə "CinemaPlus"da vəhşi təbiət - FOTOLAR+ VİDEO
Avqustun 30-da premium kinoteatr "CinemaPlus Azerbaijan"da keçmiş idmançı, qaydasız döyüş üzrə Respublika və beynəlxalq turnirlərin qalibi, məhşur ovçu - Faiq Babanlının iştirakı ilə "Peru" sənədli filminin premyera öncəsi nümayişi keçirilib.
Xanim.az xəbər verir ki, kinoteatrın foyesi xüsusi üslubda bəzədilmişdir: heyvanların müqəvvaları qonaq və tamaşaçılara özlərini vəhşi təbiətdə hiss etməyə şərait yaradıb.
Senedli filmin nümayişindən öncə baş qəhrəman Faiq Babanlı qonaqları salamlayaraq və xoş seyr arzulamışdır.
Faiq Babanlı dünyanın 73 ölkəsində olub. O, Afrikada, Amazon cəngərliklərində, Yeni Zelandiyada, Avstraliyada, Alyaskada, Qrenlandiyada, Kolumbiyada, Kamçatkada ov edib. Həmçinin o, Pamir, Tyan-Şan, Himalay, Pireney sıra-dağları kimi dünyanın ucqar yerlərində olmuşdur və öz kolleksiyasını artırmaqda davam edir.
Bu film Peruya ən təhlükəli və çətin səfərdən bəhs edir. Oradan hətta qayıtmamaq təhlükəsi də var idi. Ov qanununa görə cəngərliklərdə əgər yağış yağırsa və göydə ay görsənirsə demək heyvanlar gizlənəcəklər. Faiq Babanlı filmin rejissoru Asif İlyasov ilə məcbur olaraq cəngərliklərin tropik yağışlı meşələrində maçete ilə özlərinə yol açaraq keçilməz dərinliklərə daxil olurdular.O faktı da diqqətdən qaçırmamaq lazımdır ki, bütün Cənubi Amerika ölkələrindən ən çox zəhərli ilanlar məhz Peruda yaşayır.
"CinemaPlus" kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etməyə və kino dünyasının ən yaxşı premyeraları ilə Sizi sevindirməyə hazırdır.
















Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin