Fala baxdırmaq, "sari" almaq istəyənlərin diqqətinə... -

Fala baxdırmaq, "sari" almaq istəyənlərin diqqətinə... -Artıq bir neçə ildir Bakıda təşkil olunan "Hindistanın ən yaxşıları" adlı sərgi bu dəfə başqa ünvanda – Bakı İdman Sarayında keçirilir. Martın 7-dən başlayan sərginin bitməsinə cəmi 2 gün qalıb. Vaxtın azlığını nəzərə alıb yolumuzu İdman Sarayından saldıq.

Qapıdan girər-girməz qarşımızda kinolarda gördüyümüz məşhur hind bazarlarının görüntüsü canlanır, ədviyyatların, çayın qoxusu ziyarətçiləri bihuş edir.

Elə ilk stenddə nümayiş olunan düyü, onu saxlamaq üçün qabların, çayların qiyməti ilə maraqlandıq. Stenddə tərcüməçi qismində dayanan, görünüşcə hindlilərdən fərqlənməyən kişi dedi ki, çayın ən ucuzu 7 manata təklif olunur. Azərbaycanlısayağı "aşağı yeri varmı" sualımızı "Bax, orada dayanan balacaboy kişi var ha, deyir, 1 manat belə aşağı vermə" deyə cavabladı.

Satıcı çaya alıcılar tərəfindən daha çox tələbat olduğunu söylədi. Onun sözlərinə görə, hindlilər daha çox toz şəklində olan çaylardan istifadə etdiyinə görə sərgidə də məhz bu növ çaylar nümayiş olunur. Eləcə də Azərbaycanda öyrəşdiyimiz Basmati düyülərindən tamam fərqli adda düyülərin satışının şahidi olduq.
Fala baxdırmaq, "sari" almaq istəyənlərin diqqətinə... -Ətrafdakı stendlərin yarısını şallar, hind örtükləri təşkil edir. Lakin bu şallar filmlərdə gördüyümüz uzun örtüklərdən fərqlənir, qısa, adi mağazadakı şərflərdəndir. Bəlkə də elə bu səbəbdəndir ki, müxtəlif növ kaşmir, ipək şərflərin, şalların sərgiləndiyi stenddə alıcılar daha çox hind geyimlərinə maraq göstərirdi.
Fala baxdırmaq, "sari" almaq istəyənlərin diqqətinə... -Satıcı qeyd etdi ki, bu ipək şərflərin digər dükandakılardan fərqi materialının təmizliyindədir. Belə ki, bu şərfi əllə sıxıb açanda heç bir qırış qalmır. Satıcı üzərində müxtəlif naxışlar və fotoların əks olunduğu yataq örtüyünə daha çox maraq olduğunu dedi. O, "Pakrıval – 30 manat" elanını isə alıcıların rusdilli olması və yataq örtüyü ifadəsinin dilimizdə "pakrıval" kimi oturuşması ilə izah elədi.

Hindlilərin məşhur geyimi olan "sari"lərə gəlincə, nədənsə stendlərdə "sari"lərə az rast gəldik. Satıcılar isə 100 manat civarında təklif olunan "sari"lərə marağın böyük olduğunu dedi.

Sıxlıq həm də bijuteriya masalarında idi. 5 manatdan 30 manatadək qiyməti dəyişən bijuteriyarın əksəriyyəti müxtəlif mağazalarda satılanlardan seçilmirdi. Alıcı Bahar Əliyeva yüksək səslə qiymətin baha olduğunu və bir sıra mağazalarda sərgilənən bijuteriyaların satıldığını irad bildirdi. Satıcılar bunların Çindən Hindistana ekspert olunan mallar olduğunu söylədi.

Bəzi stendlərdə isə əl işi olan sırğalar, qolbaqlar nümayiş olunurdu. Satıcılar üzüklərin qaşlarının bürclərə görə seçilə biləcəyini vurğuladı.

Əl işləri içərisində təkcə bijuteriyalar deyil, çantalar, ayaqqabılar da vardı. Ayaqqabıların ən ucuzu 10 manata, çantalar isə ölçü və formasından asılı olmayaraq 25 manata təklif olunurdu. Ayaqqabıların bəzisində "made in İndia" qeydi olsa da, bəzisində məşhur "Adidas" brendinin adına oxşadılaraq "Ddiddss" yazılmışdı. Satıcı çarığa bənzər uşaq ayaqqabılarının artıq satılıb qurtardığını vurğuladı. Əfqanıstandan gələn satıcılardan biri 2 gün öncə işə başladığını, ölkəmizdə yaşadığı 7 il ərzində azərbaycanca artıq mükəmməl danışmağı öyrəndiyini söylədi.Onun sözlərinə görə, ölkəmizdə əfqanların, özü də dilimizdə danışa bilənlərin sayı yetərincədir.

Sərgi salonunda gəzdikcə buxurların ətrinin ətrafa yayıldığının şahidi olduq. Nazik çubuqlardan ibarət buxur yandıranda tüstüsü ilə ətrafa xoşagələn qoxu saçır. Buxur qutuları isə 2-4 manata idi.

Hind kosmetika məhsullarına gəlincə, xına və bəzi şampunlar xaric demək olar ki, çoxu mağazalardan aldığımız məşhur markaların adı altında satılan saxta kosmetik vasitələr idi.Diqqətçəkən məqam isə sosial elmlər üzrə müəllimin həyat yoldaşı ilə Azərbaycana üz tutan insanlardan neqativ enerjini götürdüyü iddia edən astroloq idi. Onun arxasında əyləşdiyi stenddə cadu və nəzəri insan üzərindən götürən müxtəlif boyunbağılar satılırdı. Astroloq özü 25 manat qarşılığında insanların zodiak bürcünü söyləyərək, gələcək taleyi ilə bağlı məlumatlar çatdırdığını bildirdi.Bütün bunları görmək, real hind bazarından alış-veriş etmək istəyənlər tələsməlidir. Sərginin qurtarmağına cəmi iki gün qalıb, getməyə dəyər...

Qeyd edək ki, sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan Hökuməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.
Fala baxdırmaq, "sari" almaq istəyənlərin diqqətinə... -

Xəbərlər     Baxılıb: 1948   Tarix: 16 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

turlar.az

sac duzumleri yay geyimləri 2026 reseptler seksin növləri yay paltarlari 2026 oxu zalı hicablı geyimlər kosmetika tanisliq haxisda oğlaq ana haqqinda bayati səməd vurğun